Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-918/2024 12.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə Bakı 11 saylı Mediasiya təşkilatında onun Maraqlı şəxs ilə bağladığı barışıq sazişinin 3-cü bəndinin, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq övladının yetkinlik yaşına çatanadək hər ayın 26-na qədər 300 manat sabit pul məbləğində aliment ödənilməsinin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs bağladığı barışıq sazişinin 3-cü bəndinə riayət etməmişdir. O, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə anası X1 hesabına 3900 manat məbləğində aliment ödəməli olduğu halda, hər dəfə 300 manat olmaqla, ümumilikdə 900 manat məbləğində pul köçürmüşdür. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak maraqlı şəxs ərizənin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəçini izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı 11 saylı mediasiya təşkilatı tərəfindən verilən mediasiya prosesinin tətbiqi barədə müqaviləyə əsasən Maraqlı şəxs və Ərizəçi mübahisənin mediasiya yolu ilə həlli razılığına gəlmişdirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı 11 saylı mediasiya təşkilatı tərəfindən verilən mediasiya prosesinə xitam verilməsi haqqında protokola əsasən Maraqlı şəxs və Ərizəçi arasında barışıq sazişi imzalandığına görə prosesə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı 11 saylı mediasiya təşkilatı tərəfindən verilən barışıq sazişinə əsasən Maraqlı şəxs və Ərizəçi arasında barışıq sazişi imzalanmışdır. İş materiallarında olan "xxxx" ASC-yə aid olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə cavabdehin anası X1 hesabına hər dəfə 300 manat olmaqla, ümumilikdə 900 manat məbləğində pul köçürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış 22 aprel 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməli, tərəflərin birgə nikahlarından doğulmuş – xx.xx.2022-ci il təvəllüdlü X4 Ərizəçi yanında saxlanılsın. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış Ərizəçi və Maraqlı şəxs arasında Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə, bağlanmış barışıq sazişinin 3cü bəndi ilə təsdiqlənən Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq Ərizəçi xx.xx.2020-ci il doğum tarixli X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ayın 26-na qədər 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürməsinə dair xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-918/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-918/2024
12.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver