Məhkəmə qərarları › İş №2(031)-995/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-995/2025

16.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-995/2025 16.09.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi nümayəndəsi Nümayəndə Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi nümayəndəsi Nümayəndə Maraqlı şəxs oğluna qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X1 vasitəçiliyi ilə xx.xx.2024cü il tarixdə Xaçmaz şəhərində (Qusar 1 saylı Mediasiya Təşkilatında) bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdurlar. Birgə nikahdan xx.xx.2022-ci ildə X3 anadan olmuşdur. Tərəflər boşanma qərarına gəldiklərindən Ərizəçi nikahın pozulması və uşaqla ünsiyyət tələbləri ilə Qusar 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X1 vasitəçiliyi ilə xx.xx.2024-cü il tarixidə Xaçmaz şəhərində barışıq sazişi bağlanmış və həmin sazişə əsasən tərəflər birgə nikahdan doğulan xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri ünvan 1 ünvanında görüş keçirilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat alimentin verilməsi barədə aralarında razılıq əldə etmişdirlər. Daha sonra Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1042/2024 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Şabran Rayon Qeydiyyat Şöbəsində 10 mart 2022-ci il tarixdə bağlanmış və AZ-İİ seriyalı, 426284 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 cavabdeh Maraqlı şəxs yanında saxlanılması qət edilmişdir. Barışıq sazişinin bağlanmasının üzərindən 10 gündən artıq müddət keçməsinə baxmayaraq, könüllü şəkildə icra edilməmişdir. Yəni Ərizəçi aylıq aliment pulunu ödəsə də, Maraqlı şəxs uşaqla görüşə maneələr yaratmaqdadır. Həmin barışıq sazişi könüllü qaydada icra edilmədiyindən, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Qusar 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs arasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişində göstərilmişdir ki, Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan doğulan xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər həftənin 6-cı və bazar günləri ünvan 1 ünvanında görüş keçirilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat alimentin verilməsi barədə tərəflər aralarında razılığa gəlmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)- 1042/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Şabran Rayon Qeydiyyat Şöbəsində 10 mart 2022-ci il tarixdə bağlanmış və AZ- İİ seriyalı, 426284 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 cavabdeh Maraqlı şəxs yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin birinci bəndi istisna olmaqla digər bəndlər təsdiq edilməli, Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan doğulan xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri ünvan 1 ünvanında görüş verilməli və Ərizəçi xx.xx.2024-cü il tarixdən başlayaraq birgə nikah dövründə dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində aliment tutularaq Maraqlı şəxs ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 339-341, 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin birinci bəndi istisna olmaqla digər bəndlər təsdiq edilsin. Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan doğulan xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri ünvan 1 ünvanında görüş verilsin. Ərizəçi xx.xx.2024-cü il tarixdən başlayaraq birgə nikah dövründə dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində aliment tutularaq Maraqlı şəxs ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar