Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1052/2024 15.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı 14 iyul 1970-ci ildə anadan olmuş X2 ölüm faktı barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, yaşadığı ev mərhum X1nun xüsusi mülkiyyətində olmuşdur. Anadan olduqdan hal-hazıra kimi həmin evdə yaşayır. Atası 04 mart 2001-ci ildə, anası X6 isə 20 oktyabr 2009-cu il tarixində vəfat etmişlər. Şirvan şəhər 1 saylı notariat kontoruna müraciət edərək yaşadığı evə münasibətdə vərəsəlik şəhadətnaməsi verməsini xahiş etmişdir. Oradan bildirmişdirlər ki, həmin ünvanda 14 iyul 1970-ci ildə anadan olmuş X7 adında bacısının da yaşadığı aydın olur. Həqiqətən də vaxtilə 14 iyul 1970-ci ildə anadan olmuş X7 adında bacısı dünyaya gəlmişdir. Lakin üç aylıq olarkən vəfat etmişdir. Həmin bacısı vaxtilə dayısı Şahid2 və onun həyat yoldaşı X10 dəfn etmişdir. Eləcə də, həmin bacısının lap əvvəldən həyatda olmadığını onun məktəbdə təhsil almaması və nikaha daxil olmaması barədə müvafiq orqanlardan sorğu göndərərək təsdiq etmək olar. Hazırda həmin bacısının ölüm faktının müəyyən edilməsinə ehtiyac yaranmışdır ki, buna səbəb də onun və bacı-qardaşları ilə birgə yaşadığı evə vərəsəlik şəhadətnaməsi alınması üçün vərəsələr siyahısında adının keçməsi səbəbilə notariusda vərəsəlik işinin açılması mümkün deyil. Daha sonra Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1970-ci il təvəllüdlü X2 Şirvan şəhərində xx.xx.1970-ci ildə Sabirabad rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, bacısı Nəzakət doğulanda onun 6 yaşı olmuşdur. Uşaq xəstələndiyi üçün vəfat etmişdir. Mərhum Sabirabad rayon qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Azərin və mərhumə Nəzakətin dayısıdır. Həmin vaxt özü əsgərlikdən yeni gəlmiş, Azərin də qardaşının toyu olduğu üçün onlar ailəsi ilə birlikdə kəndə gəlmişlər. Sonra mərhum bacısı Qumru gəlib demişdir ki, bu uşaq xəstələnib, elə kənddə olarkən uşaq vəfat etmişdir. X9 rayon qəbiristanlığında dəfn edilmişdir. Çox körpə olduğu üçün hər hansı bir yas mərasimi təşkil edilməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Şirvan şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X7 14 iyul 1970-ci ildə Şirvan şəhərində anadan olmuşdur. X1, anası X3r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə doğulmuşdur. X1, anası X3r. Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-255 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1970-ci ildə Şirvan şəhərində anadan olmuş bacınız X2 3 ay sonra ölümün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 30 avqust 2024-cü il tarixli, 5-8-1/2-564/2024 nömrəli cavab məktubunda qoşmaya əlavə edilmiş Azərbaycan Respublikası Ədliyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 5/8- 16-8-10-442 nömrəli məktubunda göstərilmişdir ki, “Vətəndşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən əldə edilmiş məlumata istinadan X11 ilə Əkbərova (Əliyeva) Qumru İbrəhim qızı arasında Maraqlı şəxs tərəfindən bağlanmış nikah xx.xx.1963-cü il tarixli 32 saylı aktla dövlət qeydiyyatına alınmışdır. Həmin nikahdan doğulmuş xx.xx.1963-cü il təvəllüdlü Azər, xx.xx.1965-ci il təvəllüdlü Ədalət və xx.xx.1970-ci il təvəllüdlü Nəzakət adlı uşaqların doğumu Maraqlı şəxs tərəfindən qeydə alınmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X18 Şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi Şəxsin 31 avqust 2024-cü il tarixli, 18-1-35/2-1284/2024 məktubunda qeyd edilmişdir ki, Ərizəçi (Maraqlı şəxs) valideynləri: Atası-1937-ci il təvəllüdlü X5, anası 1942-ci il təvəllüdlü X8 və digər şəxs xx.xx.1970-ci il təvəllüdlü Əkbərova (Əkpərova) Nəzakət Yəhya qızının doğum faktının qeydə alınması ilə əlaqəli sənədlər Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Doğum evində saxlama müddəti bitdiyi üçün, (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 100 №-li Əmri rəhbər tutaraq tibbi qeydiyyat sənədlərinin saxlama müddəti: Doğum şöbəsinə qəbulun qeydiyyat kitabı 50 il, Doğum tarixi-25 il) Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin Şirvan filialına müraciət edilməsi məsləhət görülür. Məhkəmənin sorğusuna əsasən Maraqlı şəxs tərəfindən təqdim edilmiş xx.xx.1970-ci il tarixli 683 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X4 xx.xx.1970-ci ildə doğulmuşdur. Məhkəmənin sorğusuna əsasən Şirvan şəhər Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-111/2-23743/2024 nömrəli məktubundan görünür ki, X4 barəsində Şirvan şəhər QŞVQ-nun kartatekasında heç bir məlumat yoxdur. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi, bacısı X2 20 oktyabr 1970-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il tarixdə Şirvan şəhərində doğulmuş X2 xx.xx.1970-ci ildə Sabirabad rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhəri Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1052/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1052/2024
15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver