Məhkəmə qərarları › İş №2(032)-1089/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1089/2025

24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1089/2025 24.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X13 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək mərhum qızı X1 xx.xx.1987-ci il tarixində ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X6 ilə 04 iyun 1985-ci il tarixdə nikahlarını Əli-Bayramlı (indiki Şirvan) şəhər Nikahın qeydə alınması evində rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.1986-cı il tarixdə X7, xx.xx.1987ci il tarixdə X4, xx.xx.1988-ci il tarixdə X8, xx.xx.1990-cı il tarixdə X4 və xx.xx.1993-cü il tarixdə X9 adlı dörd övladları anadan olmuşdur. Qızı xx.xx.1987-ci il təvəllüdlü X4 dünyaya gələrkən səhhətində ciddi dəyişikliklər baş vermişdir. Təzyiqli olmaqla tez-tez qıcolmalar baş vermişdir. xx.xx.1987-ci il tarixdə qızı xx.xx.1987-ci il təvəllüdlü Ceyran Cavadova ev şəraitində dünyasını dəyişmişdir. Qəflətən baş vermiş hadisənin şokundan təcili tibbi yardım çağırılmamış və ya xəstəxanaya müraciət edilməmişdir. Hadisədən sonra sahə həkimi dəvət edilməklə müayinə olunmuş, həkim tərəfindən artıq uşağın həyata qaytarılmasının mümkünsüz olması bildirilmişdir. xx.xx.1987-ci il təvəllüdlü X2 Şirvan şəhər el qəbristanlığında dəfn etmişlər. Həyat yoldaşı X6 17 yanvar 2025-ci il tarixdə qəflətən vəfat etmişdir. Hazırda mərhum həyat yoldaşından miras qalmış daşınmaz əmlak üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması zərurəti yaranmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması zamanı qızı xx.xx.1987-ci il təvəllüdlü X1 ölüm haqqında şəhadətnaməsinin zəruriliyi bildirilmişdir. xx.xx.1987-ci il təvəllüdlü X1 dünyasını dəyişməsi ilə əlaqədar həkim arayışı (tibbi şəhadətnamə) olmadığından ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. X1 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etdikdə, tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina edilmişdir. X1 ölüm şəhadətnaməsinin başqa qaydada alınması qeyrimümkün olduğundan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, X1 ölüm haqqında şəhadətnaməsi müvafiq qurumlara təqdim edilməsi üçün zəruridir. Bundan başqa qeyd edilənləri məhkəmə iclasında sübuta yetirəcək və ya təsdiq edəcək şahidləri də vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib bildirdi ki, Ərizəçi ilə uzun müdətdir ki, qonşudurlar. Ərizəçi mərhum övladı X4 anadan olan zaman onları ziyarətə getmişlər. Ziyarətə gedən zaman valideynləri həmin uşağın xəstə olduğunu bildirmişlər. Ziyarətə getdikdən 3-4 ay sonra həmin Ceyran adlı uşaq vəfat etmişdir və Şirvan şəhər qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt səhhəti ilə əlaqədar yas mərasimində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verib bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi 1984-1985-ci illərdən bəri tanıyır. Ərizəçi 1987-ci ildə X4 adlı övladı anadan olmuşdur. Həmin uşağın xəstə olduğunu eşitmişdir. X4 anadan olduqdan 3- 4 ay sonra vəfat etmiş və Şirvan şəhər qəbirstanlığında dəfn olunmuşdur. O, həmin uşağın dəfn olunmasında və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 20 may 2025-ci il tarixli arayışdan görünür ki, X4 13 avqust 1987-ci ildə Şirvan şəhərində anadan olmuşdur. Maraqlı şəxsndə bu barədə xx.xx.1987-ci il tarixdə 1194 №-li akt qeydi tərtib olunmuşdur. X1 atası X6, anası Ərizəçidır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Maraqlı şəxsndə bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 43 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 nikahı haqqında Əli Bayramlı şəhər Nikahın qeydə alınması evində 04 iyun 1985-ci il tarixdə 262 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Cavadov” və arvada “Cavadova” soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs 24 aprel 2025-ci il tarixli 3-165/7-15-175 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, xx.xx.1987-ci ildə anadan olmuş X1 ölümünün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İş materiallarında olan 18 aprel 2025-ci il tarixli aktdan görünür ki, Şirvan şəhər qəbirstanlığının rəhbəri X15, işçisi X16, mərhumun əmisi X5, mərhumun yaxın qohumu X11 və mərhumun anası Ərizəçi həmin tarixdə akt tərtib edərək, ərizəçinin qızı X1 xx.xx.1987-ci il tarixdə vəfat etməsini və Şirvan şəhər Qəbirstanlığında dəfn olunmasını imzaları ilə təsdiq etmişlər. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi övladı-xx.xx.1987-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X1 xx.xx.1987-ci il tarixdə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən hesab edir ki, xx.xx.1987-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X1 xx.xx.1987-ci il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il tarixdə Şirvan (köhnə Əli-Bayramlı) şəhərində anadan olmuş X1 xx.xx.1987-ci il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar