Məhkəmə qərarları › İş №2(032)-1104/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1104/2024

14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1104/2024 14.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi , Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1937-ci il təvəllüdlü X9 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1937-ci il təvəllüdlü X13 xx.xx.2024-cü ildə vəfat etmişdir. X4 vəfat edərkən müvafiq tibb müəssisəsi tərəfindən tibbi şəhadətnamə verilmədiyindən ona həmin vaxt ölüm haqqında şəhadətnamə verilməmişdir. X1 xx.xx.2013-cü il tarixli vəsiyyətnaməyə əsasən ona məxsus olan Şirvan şəhəri S.Vurğun küçəsi, 8 saylı evin, 7 saylı mənzilini ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnaməyə əsasən X1na ölüm haqqında şəhadətnamə verilmədiyindən o vərəsəlik haqqında şəhadətnamə ala bilmir. Bu hal onun vərəsəlik işlərində böyük problemlər yaradır. O, X9 ölümünün qeyd edilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən 12 iyun 2024-cü il tarixli məktubla müraciətinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bütün bunlara əsaslanaraq, hesab edir ki, xx.xx.1937-ci il təvəllüdlü X9 xx.xx.2024-cü ildə ölümünün qeyd edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verib bildirdi ki, ərizəçi onun bacısı oğludur. X1 onun əmisidir. O, xx.xx.2024-cü ildə vəfat etmişdir. Onun yas mərasimində istifadə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verib bildirdi ki, Ərizəçi onun oğludur, X1 isə onun əmisidir. O, xx.xx.2024-cü ildə vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. O, əmisinin yas mərasimində və dəfnində də iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhəri Şirvan şəhər qəbirstanlığının rəhbəri X5, qəbirstanlığın işçisi X6, mərhumun qonşusu X7, mərhumun qardaşı oğlu Ərizəçi, mərhmunun qardaşı oğlu X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X9 xx.xx.2024-cü ildə Şirvan şəhər qəbirstanlığında dəfn olunmuşdur. Aktı imzaları ilə təsdiq etmişlər . Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-292 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, xx.xx.1937-ci il təvəllüdlü X9 xx.xx.2024-cü il tarixdə ölməsi ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X21in xx.xx.2024-cü il tarixli 18-1-35/3-399/2024 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yaşamış olan mərhum X14 1937-ci il təvəllüdlü, dəfələrlə Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in həkim kardioloqu X8 tərəfindən yaşadığı ünvanda müayinə edilmiş, ambulator müalicələr təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində xəstə yaxın qohumlarının yaşadığı Salyan rayonu, Qarabağlı kəndində müayinə edilmiş, xəstəyə “Xroniki ürək çatmamazlığı” diaqnozu müalicə yazılmışdır. Xəstə xx.xx.2024-cü il tarixində qəflətən vəfat etmişdir. xx.xx.2013-cü il tarixdə saat 16.50-də tərtib edilmiş vəsiyyətnamədən görünür ki, Şirvan şəhər S.Vurğun küçəsi 8 saylı evin, 7 saylı mənzilində yaşayan X13 ölən günədək ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını o, cümlədən Şirvan şəhər S.Vurğun küçəsi 8 saylı evin, 7 saylı mənzilini onun ölümündən sonra Ərizəçi vəsiyyət etmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, xx.xx.1937-ci il təvəllüdlü X9 (AZE ********) xx.xx.2024-cü ildə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1937-ci il təvəllüdlü X9 oğlunun (AZE ********) xx.xx.2024-cü ildə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1937-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X9 xx.xx.2024-cü ildə Şirvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar