Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1120/2025 30.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Məhkəmə iclas katibi Xəlilov Xəlil Elşən oğlunun katibliyi , Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək anası 1922-ci il təvəllüdlü X4 xx.xx.1975-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 1922-ci ildə Şirvan şəhərində anadan olmuş X2 xx.xx.1975-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Lakin həmin vaxt ailə üzvləri tərəfindən ölümün qeydiyyatı ilə bağlı aidiyyəti orqanlara müracıət olunmamış və ölüm faktının dövlət qeydiyyatı aparılmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda, müvafiq dövr üzrə akt qeydləri kitabında anasının ölümü haqqında akt qeydinin aşkar edilmədiyi və ölüm akt qeydinin bərpasının mümkünsüz olduğu bildirilərək, ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyimiz tövsiyə olunmuşdur. Beləliklə, hazırda X2nın ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə vərəsəlik və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqların həyata keçirilməsinə maneələr yaradır. X2 xx.xx.1975ci il tarixdə Şirvan şəhərində vəfat etmiş və Şirvan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verib bildirdi ki, ərizəçi onun bibisidir, vəfat etmiş X9 onun nənəsidir. Nənəsi 1975-ci ildə xəstəlik səbəbindən vəfat etmişdir. Şirvan şəhər qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib bildirdi ki, Ərizəçi onun baldızıdır, X9 isə onun qaynanasıdır. Qaynanası 1975-ci ildə vəfat etmiş, Şirvan şəhər qəbirstanlığında dəfn edilmişdir . Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verib bildirdi ki, X9 onun qohumunun həyat yoldaşı olmuşdur. O, xəstəlik səbəbindən 1975-ci ildə vəfat etmiş, həmin dövrdə o, məktəbli olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhəri Şirvan şəhər el qəbirstanlığının qrup rəhbəri X6, idarənin işçisi X7, mərhumun qızı Ərizəçi, mərhumun gəlini X1, mərhmunun nəvəsi X10 birgə iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X9 xx.xx.1975-ci ildə Şirvan şəhər el qəbirstanlığında dəfn olunmuşdur. Aktı imzaları ilə təsdiq etmişlər. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/7-15-H-188/xx-xx/2025 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, 1922-ci il təvəllüdlü X4 xx.xx.1975-ci il tarixdə ölməsi ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi anası –1922-ci il təvəllüdlü X4 xx.xx.1975-ci ildə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 1922-ci il təvəllüdlü X4 xx.xx.1975-ci ildə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1922-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X8 xx.xx.1975-ci il tarixdə Şirvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1120/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1120/2025
30.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver