Məhkəmə qərarları › İş №2(032)-1152/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1152/2023

21.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1152/2023 21.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı maraqlı tərəflər Maraqlı şəxs1, Maraqlı şəxs2 və cavabdeh Şirvan şəhəri 1 saylı Dövlət Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının tanınması, miras əmlak üzərində vərəsəlik hüquqları tanınmaqla payların müəyyən edilməsi və paylar üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı maraqlı tərəflər Maraqlı şəxs1, Maraqlı şəxs2 və cavabdeh Şirvan şəhəri 1 saylı Dövlət Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının tanınması, miras əmlak üzərində vərəsəlik hüquqları tanınmaqla payların müəyyən edilməsi və paylar üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh və maraqlı tərəflər isə məhkəmə iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı maraqlı tərəflər Maraqlı şəxs1, Maraqlı şəxs2 və cavabdeh Şirvan şəhəri 1 saylı Dövlət Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının tanınması, miras əmlak üzərində vərəsəlik hüquqları tanınmaqla payların müəyyən edilməsi və paylar üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (əməliyyat İD 231570666, qəbz nömrəsi 23601, terminal nömrəsi 678, xx.xx.2023-cü il tarixli) İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar