Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1176/2025 23.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü ildə Şirvan şəhərində anadan olmuş X2 xx.xx.2025-ci ildə Şirvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X10 ilə nikahlarını xx.xx.2016-cı il tarixdə Maraqlı şəxsndə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X13, xx.xx.2022-ci il təvəllüdlü X11 və xx.xx.2024-cü il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. xx.xx.2024-cü il təvəllüdlü X12 xx.xx.2024-cü il tarixdə gecə saatlarında ev şəraitində ana südü ilə qidalanmadan sonra anası tərəfindən yatızdırılmış, lakin bir neçə saat sonra uşağın yatmasını müşahidə edərkən hərəkətsiz (nəfəsinin olmamasını) olmasını aşkar edilmişdir. Bir çox cəhdləri müsbət nəticə verməmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə Şirvan TTY Mərkəzinin həkim briqadası çağırılmış, meyid üzərində heç bir xəsarət izi aşkar edilməmişdir. xx.xx.2025-ci il təvəllüdlü X6 Şirvan şəhər el qəbristanlığında dəfn etmişlər. Hazırda çalışdığı “Azəriqaz” İB-nə övladının vəfət etməsi ilə əlaqədar məlumat vermişdir. Rəhbərlik tərəfindən övladının ölüm haqqında şəhadətnaməsi tələb edilmiş, bu səbəbdən ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ləman Aydınlı qızıdır. Ərizəçi ilə qızı xx.xx.2016-cı il tarixdə ailə qurmuşlar. Onların birgə nikahından 3 övladları anadan olmuşdur. Nəvəsi xx.xx.2024-cü il təvəllüdlü X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Belə ki, Novruz bayramı günü qızını bayram münasibəti ilə görmək üçün onun yaşadığı evə arvadı ilə birlikdə gəlmişdir. Qızı uşağını yedizdirmiş, lakin növbəti dəfə yedizdirmək üçün uşağının yatdığı otağa getdikdə qışqırığının səsinə gəlmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, uşaq ölmüşdür. xx.xx.2025-ci il tarixdə Şirvan şəhər el qəbristanlığında uşaq dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və Səlimova Hicran Böyükkişi qızı da X7 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər qəbirstanlığının rəhbəri X8, idarənin içisi X14, Ərizəçi və X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X12 xx.xx.2025-ci ildə Şirvan şəhər qəbirstanlığında dəfn edilmişdir. Adları qeyd olunan şəxslər aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1997-ci ildə doğulmuşdur. Atası Ərizəçi, anası X9r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü ildə doğulmuşdur. Atası Ərizəçi, anası X4r. Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/7-15-A-208/xxxx/2025 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2024-cü ildə Şirvan şəhərində anadan olmuş övladınız X2 xx.xx.2025-ci ildə Şirvan şəhərində ölməsi faktının qeydə alınması barədə müraciətə Maraqlı şəxsndə baxılmışdır. Müəyyən olunmuşdur ki, müraciəti iddia etdiyi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əlavə edilməmiş və verdiyi məlumatda, aidiyyəti qurumdan ölüm ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi bildirilmişdir. Görülmüş tədbirlər üzrə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və xx.xx.2024-cü il təvəllüdlü X2 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 555 nömrəli Təcili və X5 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə çağırış olmuş, meyid üzərində heç bir xəsarət izi aşkar olunmamışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi, övladı X2 xx.xx.2025-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 noyabr 2024-cü il tarixdə Şirvan şəhərində doğulmuş X2 20 mart 2025-ci ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhəri Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli manov
Məhkəmə qərarları › İş №2(032)-1176/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1176/2025
23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver