Məhkəmə qərarları › İş №2(032)-1177/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1177/2023

01.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1177/2023 01.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2113,15 manat və ödənilmiş 43 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə zamin durmuşdur. Kredit öhdəliklərini lazımınca yerinə yetirməyən Cavabdeh barəsində "xxxx" ASC tərəfindən Şirvan şəhər Məhkəməsinə pul tələbi barədə qətnamə çıxarılması barədə ərizə ilə müraciət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(032)-1528/2015 saylı qətnaməsinə əsasən borclular Cavabdeh və İddiaçı müştərək qaydada 2583,55 manat məbləğində kredit borcunun tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Zamin olaraq onun əmək haqqısına tutma yönəldilmiş və tərəfindən tələbkar banka 2113,15 manat kredit borcu ödənilmişdir. Tərəfindən borc ödənildikdən sonra "xxxx" ASC tərəfindən ona məktub ünvanlanmış və məktubda onun "xxxx" QSC qarşısında zamin qismində öhdəliyinin mövcud olmaması qeyd edilmişdir. Hal-hazırda cavabdehdən onun kredit borcuna görə zamin olaraq ödədiyi 2113,15 manat məbləğində pulu tələb edir və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək "xxxx" ASC-dən 3000 manat kredit götürdüyünü, həmin kreditin götürülməsində İddiaçı zamin durmuşdur. Həmin pulu o götürüb öz qonşusuna borca vermişdir, lakin buna dair hər hansı bir sübutu yoxdur. Borcdan təxminən 2-3 ay o maaşından verib, lakin sonra işdən çıxmışdır və çəlumatı olmuşdur ki, pulu zamin öz maaşından ödəyir. İddianı qəbul etmir. Həmin pulu ödəməyə imkanı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizənin surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1528/2015 saylı, 20 avqust 2015-ci il tarixli məhkəmə qətnaməsinə əsasən Cavabdeh və İddiaçı 2065,58 manat əsas, 517,97 manat faiz, cərimə və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi olmaqla, cəmi 2613,55 manat məbləğində pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədi üzrə borc ödənilmişdir. İcra sənədi üzrə borc ödənildiyinə görə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən Şirvan şəhər Məhkəməsinin 2(032)-1528/2015 saylı, 20 avqust 2015-ci il tarixli icra sənədinə xitam verilməsini xahiş etmişlər. xx.xx.2023-cü il tarixli, 05 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı əmək haqqısı 2022-ci ilin may ayından 2023-cü ilin aprel ayına qədər hər ay 173.25 manat pul tutularaq "xxxx" ASC-yə ödənilmişdir. Şirvan şəhər Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(032)-1528/2015 saylı icra vərəqinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 2065,58 manat məbləğində əsas kredit borcu və 517,97 manat faiz borcu olmaqla, cəmi 2583,55 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh "xxxx" ASC qarşısında 11 dekabr 2013-cü il tarixli, 500840-0871/13 nömrəli kredit müqaviləsi üzrə öhdəliyi ilə əlaqədar birgə məsuliyyət daşıyır. Müqavilənin 3.5.3-cü maddəsinə əsasən kredit müqaviləsi üzrə öhdəlikləri icra etdikdə zaminin borc alana qarşı reqres qaydasında tələb irəli sürmək hüququ var. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh "xxxx" ASC-nin qarçısında kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü vəzifələri bir borclu kimi yerinə yetirməmiş, həmin öhdəliyi zamin kimi İddiaçı tərəfindən icra olunmuşdur, hazırda da iddiaçı cavabdehdən banka onun əvəzinə ödədiyi – 2113 manat 0.15 qəpik məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda isə, iddia təmin edilməli, cavabdehdən göstərilən məbləğdə pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 43 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 43 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ : İddia təmin edilsin. Cavabdeh 2113 (iki min yüz on üç) manat 0.15 (on beş) qəpik pul və dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar