Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1185/2024 18.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X6 iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi Cavabdeh ilə qeyri rəsmi nikahdan xx.xx.2015-ci il tarixdə X5 adlı bir övladı anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən, aralarında tez-tez mübahisələr olduğundan birgə yaşamaq mümkün olmamışdır. Övladın atalığı müəyyən edilməmişdir. Dəfələrlə övladın atalığının müəyyən edilməsi və saxlanması ilə əlaqədar müraciəti cavabdehin səhlənkarlığı və etinasızlığı səbəbindən rəsmi qeyd edilməmişdir. Cavabdehlə bir yerdə yaşamaq baş tutmamışdır və onlar birgə təsərrüfatı idarə etmirlər. Hal-hazırda uşaq sağ-salamat olmaqla onun himayəsində yaşayır. Lakin Cavabdeh uşağa atalığın müəyyən edilməsi üçün Qeydiyyat Şöbəsinə getməmişdir. Cavabdeh uşağın atası olmağına rəsmi razılıq vermədiyindən məhkəməyə müraciət etmək məqsədi ilə qanunvericiliyin tələbinə əsasən Sabirabad 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə MŞS/MT-023/2024-01316 nömrəli Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən, Cavabdeh Ərizəçi ilə qeyri-rəsmi nikahlarından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü Aylin adlı uşağın atası olmasını etiraf etmiş və X1 Dövlət Qeydiyyat şöbəsinə müraciət edərək atalığın müəyyən edilməsi üçün sənədlərin rəsmiləşdirilməsi öhdəliyini götürmüşdür. Tam mediasiya sessiyası zamanı ikinci tərəf Cavabdeh övladı X2 xx.xx.2024-cü il tarixdən etibarən birinci tərəf Ərizəçi himayəsində qalmasına razılaşaraq öhdəlik götürmüşdür. Cavabdeh bir övladının saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay 100 (bir yüz) manat məbləğində alimenti hər ayın 30-dan gec olmayaraq birinci tərəf Ərizəçi ödəyəcəyinə öhdəlik götürməsi barədə barışığa gəlmişlər. Hazırda barışıq sazişinin icra müddəti ərzində cavabdeh tərəf icra etmədiyindən məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir.Barışıq sazişi üzrə öhdəlik icra edilməli tarixdən, yəni xx.xx.2024-cü il tarixdən qanun üzrə müəyyən edilmiş vaxt keçməsinə baxmayaraq Cavabdeh tərəfindən könüllü surətdə icra edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş,nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X8 mediasiya prosesi nəticəsində təmsil etdiyi şəxslə maraqlı şəxs Cavabdeh ilə faktiki nikahdan anadan olmuş xx.xx.2015-ci il tarixdə X5 adlı atalığının müəyyən edilməsi və uşağın saxlanılması üçün aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında maraqlı şəxs Cavabdeh bildirdi ki, barışıq sazişini maddi imkanı olmadığıdan icra edə bilmir . Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə ərizəçi maraqlı şəxs Cavabdeh məhkəmə bildirişi verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan : Sabirabad 1 saylı Mediasiya təşkilatı xx.xx.2024-cü il tarixdə MŞS/MT-023/2024- 01316 saylı barışıq sazişindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi və xx.xx.1986-cı il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh ailə mübahisəsi zəminində yaranmış “atalıq faktının müəyyən olunması, uşağın ananın himayəsində qalması və aliment tələbi” üzrə mübahisənin həlli istiqamətində, mediasiya reyestrində M-00134 nömrəsi ilə qeydiyyatdan keçmiş, Sabirabad 1 saylı Mediasiya təşkilatının mediatoru X3 iştirakı ilə aşağıdakı şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri barədə bu Sazişi imzalamışdırlar :
1. Tərəflər Ərizəçi və X7 xx.xx.2024-cü il tarixdə keçirilən könüllü medasiya zamanı aralarında olan mübahisə ilə bağlı razılığa gəldilər.
2. Tərəflər Ərizəçi və Cavabdeh qeyri-rəsmi nikahlarından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 adlı bir övladları vardır.
3. Belə ki, Cavabdeh Ərizəçi ilə birgə yaşadıqları dövrdə xx.xx.2015-ci il tarixdə anadan olmuş Aylin adlı uşaqın atası olmasını etiraf etdi və X1 Dövlət Qeydiyyat şöbəsinə müracət edərək atalığın müəyyən olunması üçün sənədləri rəsmiləşdirilməsini öhdəsinə götürdü.
4. Tam Mediasiya sessiyası zamanı ikinci tərəflər Cavabdeh övladı X2 xx.xx.2024cü il tarixdən etibarən birinci tərəf Ərizəçi himayəsində qalmasına razılaşaraq öhdəlik götürdü.
5. İkinci tərəf Cavabdeh bir övladının saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay 100 (bir yüz) manat məbləğində alimenti hər ayın 30-dan gec olmayaraq birinci tərəf Ərizəçi ödəyəcəyinə öhdəlik götürdü.
6. Tərəflərin qəbul etdikləri qərarı öz imzalarımızla təsdiq edirik. Sazişin 6-cı bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Sabirabad 1 saylı Mediasiya təşkilatı mediator X3 iştirakı ilə tərtib olunmuş Ərizəçi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT-023/2024-01316 saylı barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:
1. Tərəflər Ərizəçi və X7 xx.xx.2024-cü il tarixdə keçirilən könüllü medasiya zamanı aralarında olan mübahisə ilə bağlı razılığa gəldilər.
2. Tərəflər Ərizəçi və Cavabdeh qeyri-rəsmi nikahlarından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 adlı bir övladları vardır.
3. Belə ki, Cavabdeh Ərizəçi ilə birgə yaşadıqları dövrdə xx.xx.2015-ci il tarixdə anadan olmuş Aylin adlı uşaqın atası olmasını etiraf etdi və X1 Dövlət Qeydiyyat şöbəsinə müracət edərək atalığın müəyyən olunması üçün sənədləri rəsmiləşdirilməsini öhdəsinə götürdü.
4. Tam Mediasiya sessiyası zamanı ikinci tərəf Cavabdeh övladı X2 xx.xx.2024-cü il tarixdən etibarən birinci tərəf Ərizəçi himayəsində qalmasına razılaşaraq öhdəlik götürdü.
5. İkinci tərəf Cavabdeh bir övladının saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay 100 (bir yüz) manat məbləğində alimenti hər ayın 30-dan gec olmayaraq birinci tərəf Ərizəçi ödəyəcəyinə öhdəlik götürdü.
6. Tərəflərin qəbul etdikləri qərarı öz imzalarımızla təsdiq edirik. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aydan Məmmədli