Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1197/2023 14.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməsi ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs cəlbi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT023/2023-01009 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mediasiya Şurasına Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanında yerləşən 2 otaqlı yaşayış evinin ½ hissəsinin onun mülkiyyətinə verilməsi barədə müraciət etmişdir. 16 may 2023-cü il tarixdə keçirilmiş mediasiya prosesində vəkilinin iştirakı ilə qarşılıqlı razılığa gələrək barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən, Maraqlı şəxs onunla birgə nikah dövründə əldə etdiyi ünvan 2 ünvanında olan 2 otaqlı, hal-hazırda Maraqlı şəxs adına olan mənzilin ½ hissəsini onun adına rəsmiləşdirilməsinə razı olduğunu və bu barədə notariat ofisində rəsmi razılıq verəcəyini öhdəsinə götürmüşdür. Lakin barışıq sazişinin imzalandığı vaxtdan, yəni 16 may 2023-cü il tarixdən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək, notariat ofisinə getməkdən imtina etmişdir. Ərizəçi nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Maraqlı şəxs iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 1971 saylı vətəndaşa məxsus daşınmaz əmlaklara dair məlumatın verilməsi barədə məktubuna əsasən ünvan 1 ünvanında yerləşən xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli mənzil Maraqlı şəxs mülkiyyətindədir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək vəkillərin hüquqlarından biridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində barışıq sazişi bağlamışlar. Sazişə əsasən: Maraqlı şəxs Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanında olan 2 otaqlı, hal-hazırda Maraqlı şəxs adında olan mənzilin ½ hissəsini Ərizəçi adına rəsmiləşdirilməsinə razı olduğuna və notariat kontorunda rəsmi razılıq verəcəyinə dair, Ərizəçi isə Maraqlı şəxs başqa heç bir əmlak tələbi olmadığına dair öz üzərlərinə öhdəliklər götürmüşlər. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-355-26.1.1-ci maddələrinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, tərəflər arasında qanunamüvafiq qaydada mediasiya prosesi zamanı barışıq sazişi bağlanmış, tərəflər müvafiq birgə nikah dövründə əldə edilən əmlak münasibətlərindən irəli gələn mənzilin rəsmiləşdirilməsi barədə razılığa gəlmiş və razılıqları müvafiq barışıq sazişi ilə təsdiq edilmişdir, hazırda sözügedən sazişin ləğvi və ya etibarsızlığı, qanuna zidd olması ilə bağlı məhkəmə tərəfindən hər hansı bir hal müəyyən edilmədiyindən ərizə təmin edilərək, Ərizəçi ilə Maraqlı şəxs arasında 16 may 2023-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Sabirabad 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 iştirakı ilə tərtib olunmuş – Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış X1 Səidə Əhməd qızı ilə birgə nikah dövründə əldə etdiyi ünvan 3 ünvanında olan 2 otaqlı mənzilin ½ hissəsinin Ərizəçi adına rəsmiləşdirilməsinə və ½ hissəsinin Maraqlı şəxs adına rəsmiləşdirilməsinə dair hər iki tərəfin üzərilərinə öhdəlik götürməsi barədə -16 may 2023-cü il tarixli, MŞS/MT023/2023-01009 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-1197/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1197/2023
14.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver