Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1207/2024 28.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək anası 1906-cı il təvəllüdlü X3 xx.xx.1986-cı il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X6 09 oktyabr 1986-cı il tarixdə səhhəti ilə əlaqədar ev şəraitində vəfat etmişdir. Mərhum anası X1 şəhər el qəbristanlığında dəfn edilmişdir. Anasının vəfatı ilə əlaqədar, təcili tibbi yardım briqadası çağrılmamış və ya sahə həkiminə müraciət edilməmişdir. Ölüm şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etdikdə, tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina etmişdir. Anasının ölüm şəhadətnaməsini başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, anasının ölüm haqqında şəhadətnaməsi miras qalmış daşınmaz əmlakın rəsmiləşdirilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verib bildirdi ki, Ərizəçi ilə onun xalasıdır. X2 xəstəlikdən vəfat etmişdir. Onun yas mərasimində istifadə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verib bildirdi ki, X6 onun nənəsidir, nənəsinə o qulluq etmişdir. Nənəsinin dəfnində və yas mərasimində iştirak etmişdir. Nənəsi Şirvan şəhər qəbirtsanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verib bildirdi ki, X6 onun həm qohumu, həm qonşusu olmuşdur. Sərfi təxminən 30-40 il bundan qabaq vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhəri Şirvan şəhər qəbirstanlığının rəhbəri X12, X14, mərhumun oğlu X4, mərhumun nəvəsi X8, mərhmunun gəlini X5 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X6 xx.xx.1986-cı ildə Şirvan şəhər el qəbirstanlığında dəfn olunmuşdur. Aktı imzaları ilə təsdiq etmişlər . Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-326 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, 1906-cı il təvəllüdlü X3 1986-cı il tarixdə ölməsi ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi anası – 1906-cı il təvəllüdlü X3 xx.xx.1986-cı ildə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 1906-cı il təvəllüdlü X3 xx.xx.1986-cı ildə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1906-cı il təvəllüdlü X3 xx.xx.1986-cı ildə Şirvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1207/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1207/2024
28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver