Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1242/2025 12.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Maraqlı şəxs Cavid oğlunun iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə nikahları Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə 384 nömrəli qeyd ilə qeydə alınmışdır. Birgə nikahdan 26 iyul 2009-cu il tarixdə X8 və 22 dekabr 2010-cu il tarixdə X9 adlı iki övladları anadan olmuşdur. Maraqlı şəxs ilə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşamışlar. Cavabdehlə aralarında olan nikah münasibətləri formal xarakter daşıyır. Aralarında olan ərarvad münasibətləri tamamilə pozulmuş və bundan sonra da onların barışıb bir ailədə yaşamaqları qeyri-mümkün olduğundan, cavabdeh nikahın pozulması iddia qaldırmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(032)- 281/2013 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş 26 iyul 2009cu il təvəllüdlü X8 və 22 dekabr 2010-cu il təvəllüdlü X9 iddiaçı X1 himayəsində saxlanması, uşaqların saxlanması üçün hər ay hər uşağa 93 manat olmaqla 186 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Nikah münasibətləri məhkəmə qaydasında pozulduqdan sonra cavabdehin aliment məbləğini ödəmədiyindən 2013-2019cu illər ərzində yığılmış aliment borcundan imtina etmişdir. Hazırda məhkəmə qaydasında müəyyən edilmiş aliment məbləğinin uşaqların saxlanması üçün yetərli olmadığından aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etməzdən öncə qanunun tələbinə əsasən mediasiya şurasına müraciət etmişdir. Maraqlı şəxs ilə aliment tələbi üzrə mediasiya prosesində MŞS/MT023/2024-01406 saylı barışıq sazişi tərtib edilmişdir. Barışıq sazişinə əsasən “1. Mən Alışova X4 Elvin Cahid oğlu ilə nikahımız pozulduqdan sonra birgə nikahdan doğulmuş 26 iyul 2009-cu il təvəllüdlü X8 və 22 dekabr 2010-cu il təvəllüdlü X9 adlı iki övladımızın saxlanılması üçün yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment ödəməsinə razıyam. 2. Övladımız 26 iyul 2009-cu il təvəllüdlü X8 və 22 dekabr 2010-cu il təvəllüdlü X9 mənim himayəmdə olduğu müddət ərzində atası Maraqlı şəxs ilə azyaşlı olduğu üçün uyğun vaxtlarda istənilən vaxt uşaqlarla ünsiyyətdə ola bilər. Bunun üçün lazımi şərait yaradacağımı ödəməyi öhdəliyinə götürülməsi” barədə razılığa gəlmişik. Lakin barışıq sazişi üzrə öhdəlik icra edilməli tarixdən, yəni xx.xx.2024-cü il tarixdən qanun üzrə müəyyən edilmiş vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən könüllü surətdə icra edilməmişdir. Hazırda barışıq sazişinin icra müddəti ərzində cavabdeh tərəf icra etmədiyindən məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasının vaxtı və yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Həmçinin, məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ərizəyə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Cavid oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barışıq sazişi ilə razılaşdırılmış alimenti ödəməyə razıdır və ərizə tələbinin təmin edilərək, sözügedən barışıq sazişinin təsdiq edilməsinə etirazı yoxdur. Məhkəmə maraqlı şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə və X9 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-281/2013 saylı, 01 iyul 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X3 ilə Maraqlı şəxs arasında xx.xx.2008-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 384 saylı nikah qeydi pozulması, xx.xx.2009-cu il tarixdə anadan olmuş X8 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X9 anasının himayəsində saxlanılması, xx.xx.2009-cu il tarixdə anadan olmuş X8 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X9 xx.xx.2009-cu il tarixdə anadan olmuş X8 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X9 nun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Maraqlı şəxs hər ay bir uşağa 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X3 arasında olan nikah Şirvan şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə MŞS/MT-023/2024-01406 nömrəli barışıq sazişindən görünür ki, Alışova X4 Elvin Cahid oğlu ilə mediasiya sessiyasında xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay ümumilikdə 250 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən ödənilməsi barədə razılığa gəlmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşları çatana kimi saxlanılması üçün hər ay, hər birinə 125 manat olmaqla ümumilikdə 250 manat sabit pul məbləğində alimenti Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 12 iyul 2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixdə MŞS/MT-023/2024-01406 nömrəli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1242/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1242/2025
12.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver