Məhkəmə qərarları › İş №2(032)-1287/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1287/2023

27.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1287/2023 27.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktına” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il tarixdə Şirvan şəhərində anadan olmuş qardaşı mərhum X1 xx.xx.1971-ci il tarixdə və 1890-ci ildə anadan olmuş mərhum nənəsi X2 isə 1991-ci il tarixdə Şirvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər Maraqlı şəxsnə lazımı qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, maraqlı şəxsin nümayəndəsi isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizəçinin mövcud ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “ölümün qeyd edilmə faktına” dair ərizəsi geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (mədaxil qəbzin nömrəsi **********, xx.xx.2023-cü il tarixli) Ərizəçi geri qaytarılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar