Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1295/2024 03.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X10 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X1 02 may 2024-cü il tarixində ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X8 ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Rəsmi nikahları Maraqlı şəxs tərəfindən 07 may 1981-ci il tarixli, 155 nömrəli nikah qeydi ilə rəsmiləşdirilmiş və bu barədə onlara Nikah haqqında şəhadətnamə verilmişdir. Tövhə Mirzəyeva 02 may 2024-cü il tarixində vəfat etmiş, onun ölümü dövlət qeydiyyatına alınmamış və bununla bağlı şəhadətnamə verilməmişdir. Belə ki, mərhum həyat yoldaşının ölüm şəhadətnaməsinin allınması üçün Maraqlı şəxsnə müraciət edərkən araşdrma zamanı Tövhə Mirzəyevanın ölümü haqqında akt qeydi aşkar eddilməmişdir. Bu səbəbdən də ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Tövhə Mirzəyeva 02 may 2024-cü il tarixində vəfat etdikdən sonra Şirvan şəhərində dəfn olunmuşdur. Bu barədə Tubu Quliyevanın məzar daşından olan fotoşəkil vardır və qeyd edilmiş faktı şahidlər X6, Şahid1 Ələsgər oğlu və Şahid2 Sənan oğlu təsdiq edə bilər. Bundan başqa Şirvan şəhər X7 X17 və X5 Stansiyası tərəfindən verilmiş Xəbərdarlıq vərəqəsində mərhum Tövhə Mirzəyevanın 02 may 2024-cü il tarixində ölməsi təsdiq olunmur. Qeyd olunmuş səbəbdən mərhum həyat yoldaşı X1 ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Sənan oğlu ifadə verib bildirdi ki, mərhum X8 onun qaynanasıdır. Tövhə Mirzəyeva insult keçirmiş, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir və Şirvan şəhər qəbirstanlığında dəfn olunmuşdur. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ələsgər oğlu ifadə verib bildirdi ki, Ərizəçi onun uzaq qohumu, həm də qonşusudur. X8 vəfat edərkən o da orada olmuşdur. X9 şəhər qəbirstanlığında dəfn olunmasında və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan AZE ********* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1951-ci il tarixdə Yardımlı rayonu, Deman kəndində doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli 3- 16-5/8-69-375/2024 saylı arayışdan görünür ki, Maraqlı şəxsndə Ərizəçi ilə X2 nikahı haqqında 07 may 1981-ci il tarixdə 155 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Mirzəyev, arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan 01 iyul 2024-cü il tarixli Şirvan şəhər X7 X17 və X5 Stansiyası tərəfindən verilmiş Xəbərdarlıq vərəqəsindən görünür ki, X1 ölümünün ilkin səbəbi “həkimə qədər ölüm” göstərilmişdir. İş materiallarında olan Maraqlı şəxs 16 iyul 2024-cü il tarixli 3-16-5/8-15-365 saylı X3 ünvanlanmış məktubda göstərilir ki, xx.xx.2024-cü ildə vəfat etmiş X1 ölümünün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İş materiallarında olan 30 avqust 2024-cü il tarixli aktdan görünür ki, Şirvan şəhər qəbirstanlığının rəhbəri X11, işçisi X12, mərhumun qardaşı X6 və mərhumun qonşusu Şahid1 Ələsgər oğlu, mərhumun kürəkəni Şahid2 Sənan oğlu həmin tarixdə akt tərtib edərək, ərizəçinin həyat yoldaşı X1 xx.xx.2023-cü il tarixdə vəfat etməsini və Şirvan şəhər Qəbirstanlığında dəfn olunmasını imzaları ilə təsdiq etmişlər. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi həyat yoldaşı-xx.xx.1951-ci il tarixdə Yardımlı rayon Deman kəndində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən hesab edir ki, xx.xx.1951-ci il tarixdə Yardımlı rayon Deman kəndində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il tarixdə Yardımlı rayon Deman kəndində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-1295/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1295/2024
03.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver