Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1321/2025 29.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1941-ci il təvəllüdlü X4 24 fevral 2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, mərhum X6 ilə xx.xx.1988-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından dörd övladları anadan olmuşdur. X3 uzun illər Rusiya Federasiyasında yaşamaqla xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün DYİ ******* nömrəli icazə vərəqəsi verilmişdir. Əri X2 şəhəri, Ş.Qurbanov küçəsi, ev 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Eldar Şirinov ürəyi ilə əlaqədar bir çox müayinələr və müalicələr almışdır. 2023-cü ildə insult keçirmişdir. Sonradan bir çox müalicələr almışdır. xx.xx.2025-ci il tarixdə X3 qəfil ürək tutuması səbəbindən dünyasını dəyişmişdir. Təcili olaraq Mərkəzi Xəstəxananın təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə məlumat vermişlər. Həkim briqadası gələnədək vəziyyəti dəyişdiyindən ev şəraitində vəfat etmişdir. Əri dünyasını dəyişməsi ilə əlaqədar həkim arayışı (tibbi şəhadətnamə) olmadığından ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Əri X2 şəhərində yerləşən el qəbristanlığında dəfn edilmişdir. Eldar Şirinovun ölüm şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etdikdə tibbi şəhnadətnamənin təqdim edlməməsi səbəbindən imtina etmişdir. Ərinin ölüm şəhadətnaməsini başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, Eldar Şirinovun ölüm haqqında şəhadətnaməsi miras qalmış daşınmaz əmlakın rəsmiləşdirilməsi üçün zəruridir. Bundan başqa qeyd edilənləri məhkəmə iclasında sübuta yetirəcək və ya təsdiq edəcək şahidləri də vardır. Daha sonra ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1941-ci il təvəllüdlü X4 24 fevral 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Janna mərhum qardaşının yoldaşıdır. Qardaşının vəziyyətinin pis olması ilə bağlı ona zəng edərək bildirmişlər. Evə gələndə qardaşının öldüyünün şahidi olmuşdur. Mərhum vəfat etdikdən sonra Şirvan şəhər qəbiristanlığında dəfn edilmiş, yas mərasimi öz yaşadığı evində verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Janna bacısıdır, mərhum onun yeznəsidir. Evdə olan zaman bacısı ona zəng edərək yoldaşının öldüyünü bildirmiş, o da getmişdir. Mərhum xəstə olurdu, insult keçirtmişdi. Mərhum 24 fevral 2024cü il tarixdə vəfat etmiş, Şirvan şəhər qəbiristanlığında dəfn edilmiş, yas mərasimi öz yaşadığı evində verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X17 ifadəsində bildirdi ki, mərhumun oğludur. Həmin tarixdə atasıgilin evində olmuş, gedəndən 5-10 dəqiqə sonra əmisi gəlmiş, bilmişdir ki, atası vəfat edib. Təcili tibbi yardıma zəng olunmuş, lakin həkim gələn vaxt atası vəfat etmişdir. Mərhum Şirvan şəhər qəbiristanlığında dəfn edilmiş, yas mərasimi öz yaşadığı evində verilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Janna Əsgər qızı arasında nikah 13 yanvar 1988-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 37 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Şirinova soyadı verilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Şirvan Şəhər X10 X23 və Təxirəsalınmaz tibbi yardım stansiyasının 15 mart 2024-cü il tarixli, 67 nömrəli xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 2 ünvanında kişi cinsli meyit aşkar edilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 13 iyun 2025-ci il tarixli, 3-16-5/7-15-Ş-269/xxxx/2025 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1941-ci il təvəllüdlü əriniz X4 xx.xx.2024-cü ildə Şirvan şəhərində ölümün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Şirvan şəhər qəbirstanlığının rəhbəri X8, idarənin içisi X16, Ərizəçi, X11 və X12 iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X13 xx.xx.2024-cü ildə Şirvan şəhər qəbirstanlığında dəfn edilmişdir. Adları qeyd olunan şəxslər aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi, X3nun xx.xx.2024-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1941-ci il tarixdə Salyan rayonunun Xıllı kəndində doğulmuş X4 xx.xx.2024-cü ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhəri Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1321/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1321/2025
29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver