Məhkəmə qərarları › İş №2(032)-1351/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1351/2023

03.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1351/2023 03.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməsi ilə ölümün qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 18 may 1934-cü il təvəllüdlü X5 xx.xx.1994-cü ildə ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X11 17 yanvar 1994-cü il tarixdə səhhəti ilə əlaqədar ev şəraitində vəfat etmişdir. Mərhum anası X2 şəhər el qəbirstanlığında dəfn edilmişdir. Anasının vəfatı ilə əlaqədar təcili tibbi yardım briqadası çağırılmamış və ya sahə həkiminə müraciət edilməmişdir. Ölüm şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etdikdə, tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina etmişdir. Ölüm haqqında şəhadətnamə miras qalmış daşınmaz əmlakın rəsmiləşdirilməsi üçün zəruridir. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edərək dəqiqləşəmə ərizəsi təqdim edərək 18 may 1934-cü il təvəllüdlü X5 xx.xx.1994-cü ildə ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və təqdim olunmuş sənədləri və sübutları nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/7-15-B-371/2-06/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetının 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "X3 dövlət qeydiyyatı Qaydası”nın 9.13. bəndinə uyğun olaraq Maraqlı şəxs üzrə 1994 - 1997-ci illərə aid ilkin, 2000-2003-cü illərə aıd bərpa akt qeydləri yoxlanılmış, lakin X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Eyni zamanda görülmuş tədbirlər üzrə həmin Təlimatın 9.5.-ci bəndinə əsasən ərizəniz icra olunmasından ötrü X3 Reyestri xidmətinə göndərilmiş və həmin qurumun xx.xx.2023-ci il tarixli cavab məktubunda, X7 ölümü haqqında akt qeydinin xidmətin arxivində və "Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemində aşkar olunmadığı bildirilmişdir. Müraciətin ikinci hissəsini təşkil edən müvafiq ölüm haqqında itmiş qeydin bərpası barədə şifahi tələbinizlə bağlı bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar"ın 16.-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, müvafiq ölüm barədə akt qeydi aşkar edilmədiyindən bu barədə arayış və ya təkrar şəhadətnamə verilə bilməz. Bundan başqa həmin ölüm barədə müvafiq qeydin olmasını təsdiq edən sənədlər olmadığından bu halda həmin fakt məhkəmə qaydasında müəyyən edildikdən sonra bərpa oluna bilər. Qəbirüstü abidənin fotoşəkillərində 1934-1994-cü il təvəllüdlü X8 məxsus olması yazılan qəbr daşı əks olunub. Şirvan Bələdiyyəsinin möhürü ilə tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X11 xx.xx.1994cü il tarixdə Şirvan şəhər qəbirstanlığında dəfn edildiyini Şirvan şəhər qəbirstanlığının rəhbəri X15, X16 və X18 öz imzaları ilə təsdiq edirlər. Doğum haqqında 152 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Həsən qızı xx.xx.1964cü ildə Əli-Bayramlı şəhərində anadan olmuşdur. X4, anası X9r. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 və Şahid1 X5 xx.xx.1994-cü il tarixdə Şirvan şəhərində vəfat etməsini, şəhər qəbirstanlığında dəfn olunduğunu və mərhumun yas mərasimlərində iştirak etmələrini bildirdilər. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8 maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. 308 və 311-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X3, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X3 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X3 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə xx.xx.1934-cü il təvəllüdlü X5 xx.xx.1994-cü ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1934-cü il təvəllüdlü X5 17 yanvar 1994-cü il tarixində Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən X3 qeydiyyatı kitabına X5 ölümü barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar