Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1378/2024 04.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək atası X10 xx.xx.1991-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, atası X15 xx.xx.1991-ci il tarixində vəfət etmişdir. Başı atasının yas mərsiminə qarışdığı və savadsızlığı ucbatından atama ölüm haqqında şadətnamə ala bilməmişdir. X17 Şirvan şəhər qəbirstanlığında el adəti ilə dəfin olunmuşdur. X17 xx.xx.1991-ci il tarixində vəfat etsə də, onun ölümü dövlət qeydiyyatına alınmamış və bununla bağlı şəhadətnamə verilməmişdir. X17 1920-ci ildə Sabirabad rayonu Həşimxanlı kəndində anadan olmuş xx.xx.1991-ci il tarixində vəfat etmiş və həmin tarixdə Şirvan şəhər qəbrstanlığında dəfn olunmuşdur. Bu barədə X17un məzar daşından olan fotoşəkil və xx.xx.2024-cü il tarixli imtina məktubu əlavə olunur. Bütün yuxarıda qeyd edilmiş faktiki əsasları məhkəmədə şahidləri X12, X5 təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verib bildirdi ki, ərizəçi X15 onun kiçik qardaşıdır. Atası 1991-ci ildə ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verib bildirdi ki, ərizəçi onun qonşusudur,ərizəçinin atası X15 1991-ci ildə vəfat etmişdir. Ərizəçinin atasının yas mərasimində və dəfnində iştirak etmişdir. Atası Şirvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, atası X15, anası X2r. Şirvan şəhər qəbirstanlığının rəhbəri X6, idarənin işçisi X7, rəhmətliyin gəlini X3, rəhmətliyin gəlininin bacısı X1, rəhmətliyin oğlunun dostu X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X15 xx.xx.1991-ci il tarixdə Şirvan şəhər Qəbirstanlığında dəfn edilmişdir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-381 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, 1920-ci il təvəllüdlü X10 xx.xx.1991-ci il tarixdə ölməsi ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi atası – 1920-ci ildə anadan olmuş X10 xx.xx.1991-ci ildə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 1920-ci ildə anadan olmuş X10 xx.xx.1991-ci ildə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1920-ci ildə anadan olmuş X10 xx.xx.1991-ci ildə Şirvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1378/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1378/2024
04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver