Məhkəmə qərarları › İş №2(032)-1517/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1517/2025

18.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1517/2025 18.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3, vəkili Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi X9 mərhum X13nun xx.xx.1948-ci il tarixdə Əli Bayramlı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi ərizəni onunla əsaslandırılmışdır ki, ərizəçi X10 1944-cü ildə Əli Bayramlı şəhərində anadan olmuş və hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Ərizəçinin babası X35 ilə nənəsi X11 ilə faktiki nikah münasibətlərinə girərək evlənmişlər, onların faktiki nikahlarından dörd övladları olmuşdur. Onlardan ərizəçi Əliyev X20 şəhəri H.Cavid küçəsi 43 A ünvanında qeydiyyatda olmaqla yaşayır, ərizəçinin qardaşı X18 xx.xx.1988-ci il tarixdə, qardaşı X36 xx.xx.1996-cı il tarixdə, bacısı X33 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Ərizəçinin anası X11 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. X13 Əli Bayramlı şəhərində anadan olmuş, Əli Bayramlı şəhəri Bayramlı qəsəbəsi Hüseyn Cavid küçəsi 43 A ünvanında qeydiyyatda olmaqla orada yaşamış, xx.xx.1948-ci il tarixdə evdə vəfat etmiş və Əli Bayramlı şəhər qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi tərəfindən X13nun doğum və ölüm haqqında şəhadətnaməsinin əldə olunması üçün Maraqlı şəxs və X31 filialına müraciət edilməsinə baxmayaraq həmin tarixlərə münasibətdə sənədlərin saxlanılması səbəbdən əldə etmək mümkün olmamışdır. Ərizəçinin X13 ərizəçinin anasından miras qalmış daşınar və daşınmaz əmlakların (ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi) atasına çatası əmlaka irsi transmisiya üzrə mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin alınması üçün babası X26 ölüm haqqında şəhadətnamənin əldə edilməsi çox vacibdir. Odur ki, Əli Bayramlı şəhərində doğulmuş X21 xx.xx.1948-ci il tarixdə Əli Bayramlı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi üçün müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X12 ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili Qanuni nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin 07 oktyabr 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Ərizəçi izahatında bildirmişdir ki, atası Sədi Əliyev ilə anası Əzibəyim Əliyeva faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, nikahlarından 4 uşaqları doğulmuşdur. Onların faktiki nikahlarından olan bacı və qardaşları vəfat etmişdir. X48 şəhəri, Bayramlı qəsəbəsi, H.Cavid küçəsi 43A ünvanında qeydiyyatda olmaqla orada yaşamış, xx.xx.1948-ci ildə qəflətən vəfat etmiş və mərhum Şirvan şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmçinin bildirdi ki, atasının ölüm faktının müəyyən edilməsinə dair müraciət etməsinə səbəb anası X4 adına daşınmaz əmlaka dair çıxarışın mövcud olmasıdır. Həmin ev satılacağından bununla bağlı hüquqi rəsmiləşdirmə aparılması üçün atasının ölüm faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Sədi babası, Əzizbəyim isə nənəsidir. Həmin dövrdə azyaşlı olduğundan baş vermiş hallara dair hər hansı məlumatı yoxdur, xatırlamır. Mərhum Şirvan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Ərizəçi atasının bibisi oğludur, uşaq vaxtında ata və anası mərhum Sədinin onların qohumu olduğunu bildirmişlər. Həmçinin ailə üzvləri və digər qohumlar eyni qəbiristanlıqda dəfn olunmuşdurlar. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhafətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1944-cü il tarixdə anadan olmuşdur. X13, anası X6r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X40 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanlanmış 26 iyul 2025-ci il tarixli, 1016 nömrəli məktubundan görünür ki, xx.xx.1988-ci il tarixdə vəfat etmiş mərhum anası X1 miras qalmış daşınmaz əmlaklara qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyənlışdirilməsi məqsədi ilə dövlət reyestrindən vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 30 iyul 2025-ci il tarixli, 3-16- 5/7-16-148/2025 nömrəli məktubundan görünür ki, hazırda Maraqlı şəxsndə mövcud olan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları 1949-cu il və sonrakı dövrləri əhatə edir. Əvvəlki illərə aid kitablar isə saxlanma müddətinə dair qanunvericilikdə müəyyən edilmiş tələbə əsasən X31 şəhər filialına təhvil verilmişdir. Bundan başqa X21 doğumu və sonuncu ilə X5 nikahı haqqında məlumatın öyrənilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin sorğu olunan şəxsə münasibətdə tərtib edilmiş doğum və nikah haqqında akt qeydi aşkar olunmamışdır. Şirvan şəhər qəbirstanlığının rəhbəri X16, idarənin içisi X27, X2 və X7 X35 xx.xx.1948-ci ildə Şirvan şəhər qəbirstanlığında dəfn edilmişdir. Adları qeyd olunan şəxslər aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının X25 Ərazi Dairəsi üzrə nümayəndəliyinin 22 iyul 2025-ci il tarixli, 5-8-3/2-32/2025 nömrəli məktubundan görünür ki, mərhumə X5 (vəfat tarixi xx.xx.1988-ci il, qeydiyyat ünvanı H.Cavid küçəsi ev 43A) ailə tərkibi barədə məlumatda X35 - həyat yoldaşı xx.xx.1948 (vəfat edib), Ərizəçi - oğlu xx.xx.1944, Bəbirova (Əliyeva) Roza Sədi qızı - qızı xx.xx.2006 (vəfat edib), X36 - oğlu xx.xx.1996 (vəfat edib), X18 - oğlu xx.xx.1988 (vəfat edib) olduğu qeyd edirlmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 28 dekabr 2024-cü il tarixli, 3-16-5/8-15-640 nömrəli məktubdan görünür ki, hal-hazırda Maraqlı şəxsndə mövcud olan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları 1949-cu il və sonrakı dövrləri əhatə edir, əvvəlki illərə aid kitablar isə saxlanma müddətinə dair qanunvericilikdə müəyyən edilmiş tələbə əsasən X31 filialına təhvil verilmişdi. Bundan başqa görülmüş tədbirlər üzrə Maraqlı şəxs 1949-1952-ci illərə aid müvafiq akt qeydləri kitabları və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və X21 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası X31 filialının X19 ünvanlanmış 18 noyabr 2024-cü il tarixli, 3-48-DA-14F/2-504/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli Bayramlı (indiki Şirvan) Qeydiyyat şöbəsinin 1938-ci ilə aid doğum aktlarının qeydiyyata alınması kitablarında mərhum ataları X22 adı olan doğum haqqında akt qeydinə və 1938-1946-cı ilə aid ölüm aktlarının qeydiyyata alınması kitablarında mərhum babaları X23 adı olan ölüm haqqında akt qeydinə rast gəlinməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1988-ci tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 28 oktyabr 2025-ci il tarixli, 1409 nömrəli məktubunda qeyd edilmişdir ki, “miras qoyanla ərinin istər nikah haqqında şəhadətnaməsi istərsə də miras qoyanın ərinin ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında şəhadətnamə) aşkar edilməmişdir. Ərizədə də bildirdiyiniz kimi bu sənədlər sizdə yoxdur və müəyyən səbəblərdən siz bunları əldə edə bilmirsiniz. Miras qoyanın ərinin ölüm və ya sağ olma faktının olmaması ər-arvadın birgə nikah dövründə əldə etdikləri birgə mülkiyyətin və ərinin qanun üzrə ona çatası vərəsəlik payının müəyyənləşdirilməsi istərsədə digər vərəsələr arasında miras bölgüsünün natamamlığı şəhadətnamənin verilməsini mümkünsüz edir. Odur ki, məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur”. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X21 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi X13nun xx.xx.1948-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1896-cı il təvəllüdlü X21 xx.xx.1948-ci ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhəri Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar