Məhkəmə qərarları › İş №2(032)-1527/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1527/2023

06.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1527/2023 06.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, əri xx.xx.1977-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X4 xx.xx.1977-ci ildə anadan olub, xx.xx.2023-cü ildə vəfat edib. O, Şirvan ərazisində yerləşən Çılpaqlı qəbiristanlığında dəfn edilib. İndiyə qədər həyat yoldaşına ölüm haqqında şəhadətnamə almamışdır. Şirvan şəhər Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, “Vətəndaşlıq vəziyyətləri aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti akları üzrə yoxlama aparılıb və xx.xx.1977-ci il təvəllüdlü X2 ölüm akt qeydi aşkar edilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, X4 ilə 19 ildən çoxdur ki, qonşudur. Gecə 12-1 radələrində səs-küy eşidilmiş, bu vaxt təcili yardım gəlmişdir. X4 xx.xx.2023-cü ildə vəfat etmiş, onun dəfn və hüzür mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, 10 ildən çoxdur ki, M.Əsədov küçəsində yaşayır, mərhum X4 və Ərizəçi onun qonşuları olmuşdur. X2 ölməsi ilə bağlı məlumatı olmamış, qəfil olaraq ölməsini eşitmişdir. O, digər qonşularla birlikdə Hüseynin dəfn və hüzür mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. X4 ilə 2005-ci ildən qonşu kimi yaşamışdırlar. Evə gələn vaxt görmüşdür ki, onların evlərinin qarşısında adam yığışıb. Hüseyn qara ciyərinin partlamasında vəfat etmişdir. O digər qonşularla birlikdə Hüseynin dəfn və hüzür mərasimində iştirak etmişdir. Mərhum Şirvan ərazisində yerləşən Çılpaqlı qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X20in xx.xx.2023-cü il tarixli, 18-1-35/2-736/2023 nömrəli arayışından görünür ki, X1 şəhər Mərkəzi Xəstəxanası PHŞdə qeydiyyatda yoxdur və heç bir xsətəliklə bağlı müraciət etməmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16- 5/7-H-462/xx-xx/2023 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1977-ci ildə Şirvan şəhərində anadan olmuş əriniz X2 xx.xx.2023-cü ildə Şirvan şəhərində ölməsi faktının qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. İş materiallarında olan ünvan 2 ünvanda yaşayan X7, ünvan 3aşayan X18, Şirvan şəhəri, M.Əsədov küçəsində yaşayan X5 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 5 ünvanda yaşamış mərhum X4 həqiqətən xx.xx.2023-cü il tarixində evdə qəflətən ürək dayanmasından vəfat etmişdir. Həmin günü mərhumun həyat yoldaşının dediyinə görə Şirvan şəhər Təcili yardıma və Şirvan şəhər Polis şöbəsinə zəng edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qəbristanlığının rəhbəri X10, işçi X11, digər şəxslər X18, X5 iştiakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X2 xx.xx.2023-cü il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi mərhum əri X2 xx.xx.2023-cü tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar