Məhkəmə qərarları › İş №2(032)-157/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-157/2023

02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-157/2023 02.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X15 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizəsinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı“ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1991-ci il tarixdə Sabirabad rayon Navadan kəndində anadan olmuş X7 xx.xx.2007-ci il tarixdə Şirvan şəhərində ölümün qeyd edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X9 1986-cı ildə ailə həyatı quraraq nikahlarını rəsmi qeyd etdirmişlər. Onların birgə nikahından xx.xx.1987-ci il tarixdə X10, xx.xx.1988-ci il tarixdə X11 və xx.xx.1991-ci il tarixdə X14 adlı üç övladı anadan olmuşdur. 2007-ci il tarixdə Şirvan şəhərində yol nəqliyyat hadisəsi nəticəsində X4 dünyasını dəyişmişdir. Hadisə nəticəsində Amid Usubovu avtomobillə vuran şəxs Şirvan şəhər Xəstəxanasına çatdırılması üçün aparmış, lakin Amid xəstəxanaya çatmamış vəfat etmişdir. Oğlu X1 şəhər el qəbristanlığında dəfn edilmişdir. Hadisə ilə əlaqədar müvafiq qaydada tibbi ekspertizanın keçirilməsinə dair ekspertiza sənədlərini araşdırılması müsbət nəticə verməmişdir. Şirvan şəhər Mərkəzi xəstəxanasında da sənədlər aşkar edilməmişdir. Ölüm şəhadətnaməsinin verilməsin üçün Cavabdehnə müraciət etdikdə, tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina etmişdir. Oğlunun ölüm şəhadətnaməsini başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, övladının ölüm haqqında şəhadətnaməsi daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib bildirdi ki, ərizəçi İddiaçı bacısı qızıdır. O bacısı oğlunun X7 yas mərasimində iştirak etmiş, X14 xx.xx.2007ci il tarixdə Şirvan şəhərində vəfat etmiş, Şirvan şəhər Qəbirsanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadə verib bildirdi ki, ərizəçi İddiaçı ilə qonşu olmuşlar. X7 avtomobil qəzasında vəfat etməsini eşitmişdir. İş materiallarında olan XVİ-JQ № 368070 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1991-ci il tarixdə Sabirabad rayon Navadan kəndində doğulmuşdur. X2, anası İddiaçıdır. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Şirvan şəhər qəbirsanlığının rəhbəri X19, işçi X20, qohumu X28 uğlu, X5, anası İddiaçı həmin tarixdə akt tərtib edərək, ərizəçinin övladı X7 xx.xx.2007-ci il tarixdə vəfat etməsini və Şirvan şəhər Qəbirsanlığında dəfn olunmasını imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Cavabdeh 01 dekabr 2022-ci il tarixli 05/13-431 saylı İddiaçı ünvanlanmış məktubda göstərilir ki, xx.xx.2007-ci ildə vəfat etmiş X4nun ölümünün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İş materiallarında olan Əli-Bayramlı şəhər Məhkəməsinin 28 iyun 2007-ci il tarixli hökmünün surətindən görünür ki, X6 13 mart 2007-ci il tarixdə saat təxminən 20:15 radələrində idarə etdiyi VAZ-21033 markalı ** BB *** nömrə nişanlı avtomaşınla Əli Bayramlı şəhəri, H.Əliyev prospekti ilə şəhər avtovağzalı istiqamətində saatda 50 km. sürəti ilə hərəkətdə olarkən yolun şəhəringirəcəyində tikilmiş 9 mərtəbəli yaşayış binasının qarşısındakı hissəsində vaxtında tormozlama əməliyyatını həyata keçirməklə idarə etdiyi avtomabili hadisə yerinə kimi dayandırmağa texniki imkanı olduğu halda, bunu etməmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yolu 9 mərtəbəli bina istiqamətində keçmək istəyən piyada yetkinlik yaşına çatmayan 01 oktyabr 1991-ci il tarixdə anadan olmuş X8 avtomaşının qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ona ehtiyatsızlıqdan sağ təpə nahiyyəsində yara, sağ gicgah nahiyyəsində, burun yəhəri nahiyyəsində, sifətin sağ tərəfində, sağ qalça tüni nahiyyəsində, sağ sağrı nahiyyəsində, sol dirsək oynağının yan səthində, sol budun yan səthinin yuxarı 1/3 hissəsində sıyrıqlar, sağ bud çanaq oynağının arxa səthində, sol baldırın iç səthinin orta 1/3 hissəsində sıyrıqlar, sol bud sümüyünün aşağı 1/3 hissəsinin qapalı sınığı, kəllə tağı-əsası sümüklərinin sınığı, başın yumuşaq toxumaları ərasında, baş beyin yumuşaq qışası altında və eləcə də toxumasından qansızma kimi yetirilən anda həyat üçün təhlükəli olan və onun ölümünə səbəb olan ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, X6 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, ərizəçi İddiaçı oğlu-xx.xx.1991-ci il tarixdə Sabirabad rayon Navadan kəndində anadan olmuş X7 xx.xx.2007-ci il tarixdə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən hesab edir ki, ərizəçi İddiaçı xx.xx.1991-ci il tarixdə Sabirabad rayon Navadan kəndində anadan olmuş X7 xx.xx.2007-ci il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı xx.xx.1991-ci il tarixdə Sabirabad rayon Navadan kəndində anadan olmuş X7 xx.xx.2007-ci il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən 1 ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar