Məhkəmə qərarları › İş №2(032)-1581/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1581/2025

09.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1581/2025 09.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X4 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.1993-cü il təvəllüdlü X5 13 dekabr 2001-ci il, xx.xx.1999cu il təvəllüdlü X6 19 iyun 2009-cu il tarixində Şirvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il təvəllüdlü Şirvan şəhərində anadan olmuş övladı X10 13 dekabr 2001-ci il, xx.xx.1999-cu il təvəllüdlü Şirvan şəhərində anadan olmuş övladı X11 19 iyun 2009-cu il tarixində Şirvan şəhərində vəfat etsələr də, onların ölümü dövlət qeydiyyatına alınmamış və bununla bağlı şəhadətnamə verilməmişdir. Bu səbəbdən də, Maraqlı şəxs 1998-2004-cü illərə aid ölüm haqqında akt qeydləıri kitablarında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1993-cü il təvəllüdlü X5 və xx.xx.1999-cu il təvəllüdlü X6 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. X1 2001-ci ilin dekabr ayında və X11 isə 2009-cu ilin iyun ayında Şirvan şəhərində dəfn olunmuşdur. Ölüm şəhadətnamənin alıınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Müraciəti üzrə araşdırrna aparılmış və məlum olmuşdur ki, X5 və X6 ölümü barədə heç bir qeyd yoxdur. Bu səbəbdən də imtina məktubunda iddia etdiyi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X8 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, ərizəçi Gülnarə onun həyat yoldaşıdır. xx.xx.1993-cü il təvəllüdlü X10 və X7 epilepsiya xəstəliyi olmuş və bu səbəbdən vəfat etmişdirlər. Özü Qarabağ müharibəçisi iştirakçısıdır. Yoldaşı və özü həkim müalicələrində olduğu üçün bu vaxta qədər məhkəməyə müraciət etməmişdirlər. Hazırda digər övladının adına evin özəlləşdirilməsi üçün mərhum övladlarının adlarına ölüm haqqında şəhadətnamələrin rəsmiləşdirilməsi zəruridir. Mərhum övladları Şirvan şəhər qəbiristanlığında dəfn olunmuşdurlar. Məhkəmədə şahid qismində dindirilmiş X19 ifadəsində bildirdi ki, Əliniyaz Xəlilovu 25 ildir ki, tanıyır, bir yerdə elektrik şəbəkəsində işləmişlər, həm də ailəvi yoldaş olmuşdurlar. Hazırda onların 3 övladları vardır, 2 qızı isə epilepsiya xəstəsi olduğu üçün vəfat etmişdir. Mərhumlar Şirvan şəhər qəbiristanlığında dəfn olunmuşdurlar. Həmin vaxt onların yaşı az olduğundan yas mərasimi təşkil edilməmiş, evdə yalnız baş sağlığı verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X20 ifadəsində bildirdi ki, 25 ildir ki, Əliniyazı tanıyır, onunla qonşuluqda kirayədə yaşamış, Əliniyazın qızı hazırda onun gəlinidir. Mərhum uşaqlarında epilepsiya xəstəliyi olmuşdur. Mərhumların dəfnlərində iştirak etmiş, onlar Şirvan şəhər qəbiristanlığında dəfn olunmuşdurlar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X10 xx.xx.1993-cü tarixdə və X11 xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. X2, anaları Ərizəçidır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı 01 iyul 2025-ci il tarixli, 3-16-5/7-15-X-293/xx-xx/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1993-cü ildə Şirvan şəhərində anadan olmuş övladınız X5 2001-ci ilin dekabr ayında Şirvan şəhərində ölümün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı 01 iyul 2025-ci il tarixli, 3-16-5/7-15-X-294/xx-xx/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1999-cu ildə Şirvan şəhərində anadan olmuş övladınız X6 2009-cu ilin dekabr ayında Şirvan şəhərində ölümün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Mənsil İstismar İdarəsinin sahə rəisi, ünvan 2 ünvanında yaşayan X3, ünvan 3 ünvanında yaşayan X16, ünvan 4an X20 tərəfindən tərtib edilmiş 11 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, ünvan 5 ünvanında yaşayan Ərizəçi X12 ilə birgə nikahlarından doğulmuş övladları olan xx.xx.1993-cü il tarixində Şirvan şəhərində anadan olmuş X10 13 dekabr 2001-ci il tarixində və xx.xx.1999-cu il tarixində Şirvan şəhərində anadan olmuş X11 19 iyun 2009-cu il tarixində Şirvan şəhərində vəfat etmiş və Şirvan şəhər qəbiristanlığında dəfn olunmuşlar. Şirvan şəhər qəbirstanlığının rəhbəri X13, idarənin içisi X21, X12, X20 və X19 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həqiqətən X12 ilə həyat yoldaşı Ərizəçi nikahlarından doğulmuş X10 13 dekabr 2001-ci il tarixində və X11 19 iyun 2009-cu il tarixində Şirvan şəhər el qəbiristanlığında yanaşı dəfn olunmuşlar. Adları qeyd olunan şəxslər aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 və X6 ölüm faktlarının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi X1nın 13 dekabr 2001-ci il tarixdə və X6 19 iyun 2009-cu il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X5 13 dekabr 2001-ci ildə və xx.xx.1999-cu il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X6 19 iyun 2009-cu il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhəri Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar