Məhkəmə qərarları › İş №2(032)-159/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-159/2024

15.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-159/2024 15.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizəsinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək atası xx.xx.1963-cü il təvəllüdlü X6 20 noyabr 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, atası X11 ağciyər arteriyasının tromboemboliyasından müalicələr almışdır. X11 xx.xx.2023-cü il tarixdə səhhəti ilə əlaqədar vəziyyəti dəyişdiyindən dərhal yaxınlıqda olan Hacıqabul rayon Mərkəzi Xəstəxanasının təcili və X7 şöbəsinə məlumat verilmişdir. Lakin təcili və X7 şöbəsinin həkim briqadası gələnədək atası X11 vəfat etmişdir. X19 şəhərində yerləşən el qəbristanlığında dəfn edilmişdir. Hacıqabul rayon Mərkəzi Xəstəxanasının təcili və X7 şöbəsinin xx.xx.2023-cü il tarixli 698 nömrəli arayışı ilə Maraqlı şəxsnə ölüm şəhadətnaməsinin verilməsi üçün müraciət etdikdə, tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina etmişdir. Atasının ölüm şəhadətnaməsini başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, X11 ölüm haqqında şəhadətnaməsi miras qalmış daşınmaz əmlakın rəsmiləşdirilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verib bildirdi ki, ərizəçi onun dayısı oğludur, vəfat etmiş X11 onun dayısıdır. X11 ürək tutmasından xx.xx.2023-cü il tarixdə vəfat etmiş, dayısının dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1963-cü ildə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, atası X9, anası X2r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü ildə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, atası X11, anası X3r. Şirvan şəhər qəbirstanlığının rəhbəri X8, X10, Ərizəçi, X4, X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X11 xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Qəbirstanlığında dəfn edilmişdir. Aktı imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ Təcili və X7 Şöbəsinin xx.xx.2023-cü il tarixli 698 nömrəli xəbərdarlıq vərəqəsindən görünür ki, X6 ölümünün ilkin səbəbi “həkimə qədər ölüm” göstərilmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/7-15-561 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, xx.xx.1963-cü il təvəllüdlü X6 20 noyabr 2023-cü il tarixdə ölməsi ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi atası-xx.xx.1963-cü ildə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X6 xx.xx.2023-cü ildə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1963-cü il təvəllüdlü X6 xx.xx.2023-cü ildə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1963-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X6 xx.xx.2023-cü ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar