Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-161/2023 31.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X14 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizəsinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1969-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X5 xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində ölümün qeyd edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 24 yanvar 1969-cu il təvəllüdlü bacısı X10 xx.xx.2017-ci ildə vəfat etmişdir. Lakin bacısı vəfat edərkən onun ölümündən dərin sarsıntı keçirdiyindən həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. X1 ölümünün qeyd edilməsindən ötrü Cavabdehnə müraciət etmişdir. Cavabdeh tərəfindən 29 noyabr 2018-ci il tarixli məktubla müraciətinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bütün bunlara əsaslanaraq 24 yanvar 1969-cu il təvəllüdlü X1 xx.xx.2017-ci ildə ölümünün qeyd edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verib bildirdi ki, ərizəçi İddiaçı ilə birlikdə işləyir. O iş yoldaşının bacısı mərhum X5 yas mərasimində iştirak etmiş, X10 xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində vəfat etmiş, Şirvan şəhər Qəbirsanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verib bildirdi ki, ərizəçi İddiaçı ilə birlikdə işləyir. O iş yoldaşının bacısı mərhum X5 yas mərasimində iştirak etmiş, X10 xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində vəfat etmiş, Şirvan şəhər Qəbirsanlığında dəfn olunmuşdur. İş materiallarında olan İİİ -JQ № 332657 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cÜ il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuşdur. X4, anası X3r. İş materiallarında olan AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1969-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuşdur. X4, anası X3r. İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Şirvan şəhər MTİ-nin sahə rəisi F.Allahverdiyevin, Şirvan şəhəri T.Bağırov küçəsi 5/4-də yaşayan qonşu X7, qonşu X8, qonşu X2 həmin tarixdə akt tərtib edərək, həqiqətən də X10 2017-ci ildə X9 Hemodializ xəstəsi kimi mülaicə almışdır. 29 mart 2017-ci ildə həmin xəstəlikdən vəfat etməsini imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Cavabdeh 29 noyabr 2022-ci il tarixli 05/13-422 saylı İddiaçı ünvanlanmış məktubda göstərilir ki, xx.xx.2017-ci ildə vəfat etmiş X1 ölümünün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, ərizəçi İddiaçı bacısı-xx.xx.1969-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X5 xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən hesab edir ki, ərizəçi İddiaçı xx.xx.1969-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X1 xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı xx.xx.1969-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X1 xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən 1 ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-161/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-161/2023
31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver