Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1616/2023 25.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməsi ilə ölümün qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək XX.XX.1950-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, mərhum oğlu Ərizəçi 2004-cü ildə vəfat etdikdən sonra həyat yoldaşı X7 müəyyən xəstəliklərdən şəkər, qan təzyiqindən müalicələr alırdı. Bir müddət sonra beyin qan dövranının kəskin pozulması nəticəsində insult keçirmişdir. Hadisədən bir neçə gün öncə xx.xx.2023-cü il tarixdə Şirvan şəhər TTTS-nə müraciət edilmişdir. Həyat yoldaşı X7 xx.xx.2023-cü il tarixdə səhhəti ilə əlaqədar ev şəraitində vəfat etmişdir. X1 rayonu, Qarabağlı el qəbirstanlığında dəfn edilmişdir. Cəmilə Atamoğlanovanın vəfatı ilə əlaqədr təcili tibbi yardım briqadası çağrılmamış və ya sahə həkiminə müraciət edilməmişdir. Ölüm şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etdikdə tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina etmişdir. X4 ölüm haqqında şəhadətnaməsi miras qalmış daşınmaz əmlakın rəsmiləşdirilməsi üçün zəruridir. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və təqdim olunmuş sənədləri və sübutları nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/7-15-A-484/xx-xx/2023 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar yoxlanılmış və 1950-ci il təvəllüdlü X4 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti Başçısının Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 100 nömrəli arayışında göstərilmişdir ki, mərhum həyat yoldaşı X7 xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Qarabağlı kənd qəbrstanlığında dəfn olunmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 arasında nikah Salyan rayonu VVAQ Şöbəsində xx.xx.1979-cu ildə bağlanmışdır. Şirvan şəhər X13 X15 və X11 Stansiyasının xx.xx.2023-cü il tarixli, 704 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:05-də 20 Yanvar küçəsi, 26a/7 ünvanından 1950-ci il təvəllüdlü X7 adına çağırış daxil olmuşdur. Çağırış növbətçi həkim Abbasova.Ş tərəfindən yerinə yetirilmişdir. Diaqnoz agrı sindromu. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin xx.xx.2023-cü il tarixli aktında göstərilmişdir ki, X7 xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 1-də qəfil vəfat etmişdir. Qəbirüstü abidənin fotoşəkillərində qəbrin X5 məxsus olması yazı əks olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2Mirzəli oğlu və X2 Cəmilə Müzəffər qızının xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında uzun sürən şəkər xəstəliyindən vəfat etməsini və Salyan rayonunda dəfn edildiyini bildirdilər. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8 maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. 308 və 311-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin yoldaşı XX.XX.1950-ci il təvəllüdlü X6r. xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində vəfat etmiş və Salyan rayonu, Qarabağlı kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin ərizəçi bu faktı rəsmiləşdirməmişlər. Hazırda isə ərizəçi mərhum yoldaşı X3 miras qalmış daşınmaz əmlakı rəsmiləşdirmək istəyir, lakin müvafiq sənədlərin çatışmamazlığından onu həyata keçirə bilmir. Vacib sənədlərdən biri də məhz rəhmətə getmiş yoldaşının ölüm şəhadətnaməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə xx.xx.1950-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X4 04 oktyabr 2023-cü il tarixində Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X4 ölümü barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-1616/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1616/2023
25.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver