Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1625/2023 07.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1934-cü il tarixdə Salyan şəhərində anadan olmuş Əkbərova (Axundova) Rəfiqə Abdulla qızının xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X5 onun anasıdır. Ərizəçi ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşamış, X1 uzun müddət yüksək təzyiqlə bağlı müalicələr almışdır. X1 xx.xx.2019-cu il tarixdə səhhəti ilə əlaqədar ev şəraitində vəfat etmiş, Şirvan şəhərində yerləşən el qəbirstanlığında dəfn edilmişdir. Onun vəfatı ilə əlaqədar təcili tibbi yardım briqadası çağırılmamış və ya sahə həkiminə müraciət edilməmişdir. Daha sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edilsə də, həmin şöbə ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktını qeydə almamış və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Belə ki, hazırda X2 ölüm haqqında şəhadətnaməsinin alınması miras qalmış daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, Ərizəçi ilə qonşu olmuş, onun X1 xx.xx.2019-cu il tarixdə Şirvan şəhərində vəfat etmiş, Şirvan şəhər qəbirsanlığında dəfn olunmuşdur. O, həmçinin X2 yas mərasimində iştirak etdiyini də bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Ərizəçi ilə qonşu olmuş və X1nın xəstə olması ilə bağlı məlumatlı olmuşdur. İş materiallarında olan: AZE seriyalı, 05019036 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 1934-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. 09 aprel 1969-cu il tarixli ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X1dır. 11 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Şirvan şəhər qəbirsanlığının rəhbəri X8, işçi X9, qohumu Şahid1, X4, Ərizəçi ilə həmin tarixdə akt tərtib edərək, ərizəçinin X1 xx.xx.2019-cu il tarixdə vəfat etməsini və Şirvan şəhər Qəbirsanlığında dəfn olunmasını imzaları ilə təsdiq etmişlər. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/7-15-Ə-468/xx-xx/2023 saylı Ərizəçi qızına ünvanlanmış məktubdan görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X1nın ölümünün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Ərizəçi anası - XX.XX.1934-cü il tarixdə Salyan şəhərində anadan olmuş X5 xx.xx.2019-cu il tarixdə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 1934-cü il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixdə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1934-cü il tarixdə Salyan şəhərində anadan olmuş X2 xx.xx.2019-cu il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1625/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1625/2023
07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver