Məhkəmə qərarları › İş №2(032)-1644/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1644/2024

23.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1644/2024 23.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi , Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək X1 xx.xx.2020-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X2 qaynaqçı kimi işlədiyi müddət ərzində boğaz nahiyyəsindən kiçik yanıq xəsarətindən sonra səhlənkarlıqdan aldığı xəsarət ağırlaşmışdır. Uzun müddət səhhəti ilə əlaqədar (düyünlü zob) müalicələr almış, lakin müəalicələr müdətində ankoloji xəstəlikdən əziyyət çəkməsi məlum olmamışdır. xx.xx.2020-ci il tarixdə vəziyyətinin ağırlaşması səbəbindən Şirvan şəhər Mərkəzi Xəstəxanasının təcili və X13 şöbəsinə ailə üzvləri tərəfindən məlumat verilmişdir. Lakin həkim briqadası gələnədək X2 dünyasını dəyişmişdir. Həkim briqadası müayinə apararaq xəstənin vəfat etməsini bildirmiş, bu barədə xx.xx.2023-cü il tarixli 242 qeydiyyat nömrəli xəbərdarlıq vərəqəsi verilmişdir. X1 dünyasını dəyişməsi ilə əlaqədar həkim arayışı (tibbi şəhadətnamə) olmadığından ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. X3 şəhər yerləşən el qəbristanlığında dəfn edilmiş, məzar daşında vəfat etməsi tarixi səhvən xx.xx.2020-ci il qeyd edilmişdir. Qardaşının ölüm şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etdikdə, tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina etmişdir. Məhkəməyə qədər zərurui olan sənədlərin toplanması zamanı xx.xx.2024-cü il tarixli Şirvan Bələdiyyəsinin təqdim etdiyi aktda X4 ölüm tarixi məzar daşının üzərində olan tarix xx.xx.2020-ci il olduğundan eyni tarix qeyd edilmişdir. X4 ölüm şəhadətnaməsini başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, X4 ölüm haqqında şəhadətnaməsi müvafiq qurumlara təqdim edilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, X3 şəhər yerləşən el qəbristanlığında dəfn edilmiş, məzar daşında vəfat etməsi tarixi səhvən xx.xx.2020-ci il qeyd edilmişdir. Qardaşının ölüm şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etdikdə, tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina etmişdir. Məhkəməyə qədər zəruri olan sənədlərin toplanması zamanı xx.xx.2024-cü il tarixli Şirvan Bələdiyyəsinin təqdim etdiyi aktda X4 ölüm tarixi məzar daşının üzərində olan tarix xx.xx.2020-ci il olduğundan eyni tarix qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verib bildirdi ki, Ərizəçi onun qonşusudur. X2 xəstəliyi səbəbindən vəfat etmişdir. Onun dəfn mərasimində iştirak etmişdir, o, Şirvan şəhərində el qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadə verib bildirdi ki, Ərizəçi onun qonşusudur. X2 xərçəng xəstəliyi səbəbindən vəfat etmişdir. Ərizəçinin qardaşının yas mərasimində və dəfnində iştirak etmişdir. Qardaşı Şirvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, atası X7, anası X8r. Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X5 xx.xx.1965-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, atası X7, anası X8r. Təcili və X13 Stansiyası Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Şivan şəhər Vidadi küçəsi 29 ünvanında yaşayan xəstə 1965-ci il təvəllüdlü X4 adına xx.xx.2020-ci il tarixdə çağırış daxil olmuş,xəstənin yanına gəlmə vaxtı 06 saat 12 dəqiqə. Ölümün ilkin səbəbi : meyid üzərində gözlə görünən xəsarət izi aşkar olunmadı. Şirvan şəhər qəbirstanlığının rəhbəri X14, idarənin işçisi X15, rəhmətliyin gəlini X6, rəhmətliyin qardaşı oğlu X11 , rəhmətliyin qardaşı Ərizəçi iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Şirvan şəhər Qəbirstanlığında dəfn edilmişdir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-499 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, xx.xx.1965-ci il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə ölməsi ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi qardaşı – xx.xx.1965-ci ildə anadan olmuş X4 xx.xx.2020-ci ildə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1965-ci ildə anadan olmuş X4 xx.xx.2020-ci ildə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü anadan olmuş X4 xx.xx.2020-ci il tarixdə Şirvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar