Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-165/2025 21.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə qızı X7 xx.xx.2010-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi və maraqlı tərəf Maraqlı şəxsnə qeydiyyat akt kitabında qeydiyyat aparılmaqla ölüm haqqında şəhadətnamənin verilməsinin həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhumə qızı xx.xx.2009-cu il təvəllüdlü X12 onun doğma qızıdır və müraciətinin səbəbi onun ölüm haqqında şəhadətnamə almaqdır ki, bunun üçün də məhkəmə vasitəsi ilə ölüm faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsinə zərurət yaranmışdır. Mərhumə qızı X12 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Lakin vəfat etdikdən sonra səhlənkarlıqdan həkim arayışı alınmamış və ona görə də ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Hal-hazırda mərhumə qızının ölüm haqqında şəhadətnaməsi müvafiq sənədləşmə məsələsi ilə bağlı zəruri olduğundan ilk olaraq Maraqlı şəxsnə, oradan imtina verildiyi üçün Şirvan şəhər məhkəməsinə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Sənədləşmə işlərinin aparılmasına dair maraqlı tərəf Şirvan Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin oradan ona bildirmişlər ki, mərhumə qızının ölüm haqqında tibbi arayışı lazımdır. Bundan sonra ölüm haqqında şəhadətnamə verilməsi mümkündür. Mərhumə qızı X7 xx.xx.2010-cu il tarixdə ölməsi faktını müəyyən edilməsi qəbirstanlıqda çəkilmiş qəbir daşının foto şəkilləri ilə öz əsdiqini tapır. Bundan başqa onun xx.xx.2010-cu il tarixdə ölməsi faktını aktda qeyd edilən şahidlərdə təsdiq edə bilərlər. Həmçinin mərhumə qızı X7 Hacıqabul rayon qəbirstanlığında dəfn olunmasını təsdiq edən Haciqabul rayon Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 109 nömrəli arayışı vardır. Bunun əsası olaraq yuxarıda göstərilənlər barədə hüquqi faktına əsaslanan fotoşəkillərdə də öz əsasını tapmışdır. Göründüyü kimi mərhumə qızı X8 xx.xx.2010-cu il tarixdə Şirvan şəhər qəbirstanlığında dəfn edilmişdir. X1 xx.xx.2010-cu il tarixdə ölüm şəhadətnaməsinin verilməsi ilə bağlı Maraqlı şəxsnə ərizə ila müraciət etmişdir. Lakin oradan ona həkim arayışının olmadığına görə ölüm haqqında səhadənamənin verilməsi mümkünsüz olduğundan, ölüm faktı ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilməsi bildirilməklə xx.xx.2024-cü il tarixli, 3-16-5 8-15-495 nömrəli imtina məktubu verilmişdir. Bu səbəbdən də ölüm faktı ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Ərizəçi onun iş yoldaşı olmuşdur. Səadətin qızı xəstə olduğu üçün 2010-cu ildə vəfat etmişdir. Lakin işdə olduğu üçün dəfnində iştirak etməmişdir. İş yoldaşı ilə birlikdə mərhumun yas mərasimində iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Ərizəçi onun bibisi qızıdır. Həyət evində aralarında bir ev vardır. Səadətin qızı Zəhra vəfat edənə qədər onların yanında böyümüşdür. Onun başında şiş əmələ gəldiyi üçün vəfat etmişdir. Zəhra vəfat edən günü özü Bakı şəhərində olmuş, evə gələn vaxtı mərhumun dəfnə aparıldığını görmüşdür. Mərhum 2010-cu ildə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə Ərizəçi arasında nikah 06 sentyabr 2008-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 429 nömrə ilə qeyd edilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-745/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilərək, Ərizəçi ilə X14 arasında xx.xx.2008-ci ildə Əli Bayramlı (indiki Şirvan) rayon Qeydiyyat şöbəsində bağlanmış 429 saylı nikah qeydi ləğv edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X11 iddiaçı Ərizəçi himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh X6 iddiaçı Ərizəçi xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il arayışdan görünür ki, X12 xx.xx.2009-cu ildə doğulmuşdur. X3, anası Ərizəçidır. Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-495 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2009-cu ildə Şirvan şəhərində anadan olmuş X7 ölümün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası ünvan 2 ünvanında qeydiyyatda olan Ərizəçi verilmiş 05 noyabr 2024-cü il tarixli, 109 nömrəli arayışından görünür ki, onun qızı 12 iyun 2009-cu il təvəllüdlü X15 xx.xx.2010-cu ildə vəfat etmiş Hacıqabul şəhər qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi, qızı X7 xx.xx.2010-cu il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2009-cu il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş X7 xx.xx.2010-cu ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhəri Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-165/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-165/2025
21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver