Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1669/2023 14.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizəsinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək X1 1990-cı il tarixdə ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, anası X3 1990-cı il tarixdə vəfat etmişdir. Başının anasının yas mərasiminə qarışdığı və savadsızlığı ucbatından anasına ölüm haqqında şəhadətnamə ala bilməmiş və anası X10 şəhər qəbirstanlığında el adəti ilə dəfn olunmuşdur. X14 1990-cı ildə vəfat etsə də, ölümü dövlət qeydiyyatına alınmamış və bununla bağlı şəhadətnamə verilməmişdir. X14 1917-ci ildə Salyan rayonunda (Azərbaycan SSRİ) anadan olmuş, 1990-cı il tarixdə vəfat etmiş, həmin tarixdə Şirvan şəhər qəbirstanlığında dəfn olunmuşdur. Bu barədə X14nın məzar daşından olan fotoşəkil və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının qeydə alınmasından imtina məktubu iddia ərizəsinə əlavə olunur. Ərizəçi həmçinin qeyd etmişdir ki, ərizədə qeyd edilmiş faktiki əsasları şahidləri məhkəmədə təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verib bildirdi ki, ərizəçi onun qohumudur, vəfat etmiş Məsmə Əskərova onun nənəsidir. Məsmə Əskərova xx.xx.1990-cı il tarixdə Şirvan şəhərində xəstəxanada vəfat etmiş, Şirvan şəhər qəbiristanlığında dəfn olunmuş və özü onun yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: Aktdan görünür ki, Şirvan şəhəri İ.Qayıbov küçəsi 37 saylı evdə yaşayan X5, Şirvan şəhəri İ.Qayıbov küçəsi 41 saylı evdə yaşayan X6 və Şirvan şəhəri İ.Qayıbov küçəsi 33 saylı evdə yaşayan X4 akt tərtib edərək, Şirvan şəhəri İ.Qayıbov küçəsi 38 saylı evdə yaşayan X1 xx.xx.1990-cı il tarixdə qəflətən vəfat etməsini imzaları ilə təsdiq etmişlər. X2 məxsus 660876 nömrəli SSRİ vətəndaşının pasportunun surətindən görünür ki, X3 1917-ci ildə Salyan rayonunda (Azərbaycan SSRİ) anadan olmuşdur. Maraqlı şəxs 26 oktyabr 2023-cü il tarixli 3-16-5/7-15-Ə-510/xx-xx/2023 saylı X7 ünvanlanmış məktubda göstərilir ki, 1990-cı ildə vəfat etmiş X1 ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Şirvan şəhəri "xxxx" Firması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 28 nömrəli arayışdan görünür ki, 1917-ci ildə anadan olmuş X1 1990-cı ildə Şirvan şəhər qəbirsanlığında dəfn olunmuşdur. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi anası-1917-ci ildə Salyan rayonunda (Azərbaycan SSRİ) anadan olmuş X1 1990-cı il tarixində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 1917-ci il təvəllüdlü X1 xx.xx.1990-cı il tarixdə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1917-ci ildə Salyan rayonunda (Azərbaycan SSRİ) anadan olmuş X1 xx.xx.1990-cı ildə tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1669/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1669/2023
14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver