Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1686/2023 07.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, Ərizəçi X1 Maraqlı şəxs cəlb edilməklə ölüm fatının müəyyən edilməsinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X1 Maraqlı şəxs cəlb edilməklə ölüm fatının müəyyən edilməsinə ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2023-ci il tarixdə daxil olmuşdur. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, iddia ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Təqdim olunmuş ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirərkən məlum olur ki, həm ərizəçinin rəsmi ünvanı Neftçala rayonu, Təzəkənd kəndidir. Beləliklə, məhkəmə Ərizəçi X1 Maraqlı şəxs cəlb edilməklə ölüm fatının müəyyən edilməsinə dair ərizəsi ərazi aidiyyəti üzrə qanunun tələbinə uyğun verilmədiyindən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: Ərizəçi X1 Maraqlı şəxs cəlb edilməklə ölüm fatının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsusmu ərizəçiyə geri qaytarılsın. (qəbz 24795) Ərizəçiyə izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq qaydada ərazi üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-1686/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1686/2023
07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver