Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-169/2023 08.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 215,4 kv.metrdən ibarət bağ evi üzərində onun payının 2/3 hissədə, Cavabdeh1 isə 1/3 hissədə payının müəyyən edilməsi barədə iddia tələbinə dair olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 215,4 kv.metrdən ibarət bağ evi üzərində onun payının 2/3 hissədə, Cavabdeh1 isə 1/3 hissədə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü Hüseyn və xx.xx.2004-cü il təvəllüdlü İlknur adlı uşaqları anadan olmuşdur. İlk əvvəl münasibətləri normal olsada son vaxtlar münasibətləri pisləşdiyindən və artıq birgə yaşamaları qeyri-mümkün olduğundan nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması və birgə nikahdan anadan olmuş uşaqlarının ananın himayəsində qalması qət edilmişdir. Cavabdeh1 ilə birgə nikah dövründə onun adına rəsmiləşdirilmiş ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi almışlar və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 215,4 kv.metrdən ibarət bağ evi tikdirmişlər. ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi valideynlərinin ona verdikləri vəsait hesabına alınmış, eləcədə həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 215,4 kv.metrdən ibarət bağ evi də onun valideynlərinin vəsaiti hesabına tikilmiş və sadəcə cavabdehin adına rəsmiləşdirilmişdir. ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 215,4 kv.metrdən ibarət bağ evi onların birgə nikahları müddətində əldə edildiyindən birgə mülkiyyətləridir. İddiaçı məhkəmədə iddiasını müdafiə edərək əlavə olaraq göstərdi ki, hazırki iş üzrə Cavabdeh1 ilə xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2003cü il təvəllüdlü Hüseyn və xx.xx.2004-cü il təvəllüdlü İlknur adlı iki övladları anadan olmuşdur. İlk əvvəl münasibətləri normal olsa da son vaxtlar münasibətləri pisləşdiyindən və artıq birgə yaşamaları qeyri-mümkün olduğundan nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması və birgə nikahdan anadan olmuş övladlarının ananın himayəsində qalması qət edilmişdir. Cavabdeh1 ilə birgə nikah dövründə Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi almışıq və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 215,4 kv.metrdən ibarət bağ evi tikdirmişlər. ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi valideynlərinin ona verdikləri vəsait hesabına alınmış, eləcə də həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 215,4 kv.metrdən ibarət bağ evi də onun valideynlərinin vəsaiti hesabına tikilmiş və sadəcə cavabdehin adına rəsmiləşdirilmişdir. Birgə nikahlarından anadan olmuş İlknur adlı övladı ananın himayəsində olmaqla o, hazırda Polşa dövlətində Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetində təhsil alır və İİ kurs tələbəsidir. Övladı İlknur təhsil aldığı bu iki il ərzində onun bütün təhsil xərcləri, eləcə də təhsil aldığı ölkədə olan digər (yataqxana və s.) xərcləri onun tərəfindən ödənilir. Cavabdeh isə bu günədək övladı İlknurun təhsili və digər xərcləri ilə maraqlanmamış, eləcə də ona nə maddi, nə də mənəvi olaraq dəstək olmamışdır. Bundan əlavə birgə nikahlarından anadan olmuş Hüseyn adlı övladı da ananın himayəsində olmaqla onunla yaşayır. Son zamanlar övladı Hüseynin səhhətində ciddi problemlər yaranmış və mütəmadi olaraq onun böyük xərclər tələb edən müayinə və müalicələrə ehtiyacı var və onun da bütün müayinə və müalicə xərcləri onun tərəfindən qarşılanır. Cavabdeh isə övladının səhhətində ciddi problemlər olduğu, eləcə də onun müayinə və müalicəsi böyük xərclər tələb etdiyini bildiyi halda digər övladı kimi bu günədək övladı Hüseynin səhhəti ilə maraqlanmamış və ona nə maddi, nə də mənəvi olaraq dəstək olmamışdır. İddiasının təmin olunmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iştirak etmədi, məhkəməyə ərizə ilə müraciət edərək iddianın rədd edilməsini xahiş etdi, etirazında bildirdi ki, mübahisəli evin inşa edildiyi torpaq sahəsi valideyinləri tərəfindən ona hədiyyə olunmuşdur. Bu sahə valideyinlərinə məxsus, Sabirabad rayonu Xankeçən kəndi ərazisində yerləşən 70 ha torpaq sahəsinin satışından əldə edilən vəsait hesabına alınmışdır. Bundan sonra evin inşasına xərclənən vəsait də tam şəkildə anası Səmədova Validə tərəfindən təmin edilmişdir. Evin tikintisinə valideyinlərinə məxsus Şirvan şəhəri, Xəqani küçəsi ev 21, mənzil 55 satışından əldə olunan vəsait də tam şəkildə xərclənmişdir. Yəni bu ev ailəsinin “ata evi” kimi tikilmişdir. Bütün bu hallar qonşuların, qohumların şahid ifadələri və mübahisəli evdə qalmış və iddiaçı tərəfindən gizlədilmiş sənədlərlə tam sübuta yetirilə bilər. Üumiyyətlə bütün sənədlər mübahisəli evin çıxarışı qarışıq iddiaçı tərəfindən götürülərək gizlədilmişdir. Həmin sənədləri qeyd olunan səbəbdən məhkəməyə təqdim edə bilmir. 2. Nə iddiaçı tərəfindən nə də ki, onun valideyinləri tərəfindən evin tikintisinə heç bir vəsait xərclənməmişdir. İddia ərizəsində göstərilənlər yalandır və buna görə də heç bir sənəd sübut əlavə olumamışdır. Halbuki, MPM-nin tələblərinə iddia əriəsinə iddianın əsaslı olmasını sübut edən sənədlər təqdim olunmalıdır. 3. Bundan başqa iddia qanuvericiliyin tələbləri pozulmaqla qaldırılmışdır. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ailə mübahisələri ilkin olaraq mediasiya prosesinə cəlb olunmalıır. Lakin, belə bir iddia ilə əlaqədar ona nə mediasiya təklifi, nə mediatorun keçirəcəyi iclas barədə bildiriş, nə də ki, arayış təqdim olunmamışdır. Yəni ümumiyyətlə belə bir iddianın qaldırılması barədə heç bir məlumat verilməmişdir. Hətta mediator tərəfindən adicə bir zəng belə edilməmişdir. Tam məsuliyyətlə bildirirəm ki, əgər mediasiya prosesinin keçirilməsi barədə arayış təqdim olunubsa, belə olan halda hesab edir ki, bu arayışı verən mediadorun hərəkətləri ən azından saxtakarlıqdır və bu səbəbdən də onun barəsində xüsusi qərardad çıxarılaraq müvafiq orqana göndərilməlir. 4. İddianın mahiyyətinə gəldikdə isə bir daha bildirir ki, iddiaçı ilə əldə etdiyikləri şifahi razılığa əsasən ona birgə nikah dövründə əldə etdikləri, onun adına rəsmiləşdirilmiş hazırda dəyəri 200 000 manatdan çox olan, tam təmirli, bütün lazımi əşyalarla təmin edilmiş, köhnə ünvanı Bakı şəhəri, Xocalı küşəsi 2 ünvanında tikilmiş binanın 13 cü mərtəbəsində yerləşən 102, kv m. ibarət mənzili (yeni ünvanı Mehdi Mehdizadə b.5, mənzil 48) mənzilə dair heç bir iddia qaldırmamışdır. Yəni ev tam şəkildə onun mülkiyyətində qalmışdır. 5. İddia ərizəsində göstərilənlər tam şəkildə yalandır. İddia o qədər yalan üstündə qurulub ki, iddiaçı özü iddia ərizəsi ilə əgər orda qeyd olunanlar həqiqət olsaydı iddianın əsassızlığını sübut edir. Belə ki, qeyd olunduğu kimi torpaq sahəsi valideyinləri tərəfindən ona hədiyyə edilmişdir. Və əgər həqiqətən də onun valideyinləri evin tikintisinə kömək ediblərsədə də belə (halbuki, hər hansı formada tikintidə işdirak etməyib, maddi yardım göstərməmişlər) belə çıxır ki, ona bu vəsaiti hədiyyə etmiş olardılar. Hədiyyə isə birgə nikah əmlakı hesab oluna bilməz. Və əgər bir daha iddia ərizəsində göstərilənlərin həqiqət olduğunu qəbul etsək belə olan hada, İddiaçı valideyinləri tərəfindən ona hədiyyə edilmiş vəsaitlə əlaqədar iddia qaldırılması üçün zəruri olan subyektiv hüququnun olub -olmaması məsələsinə də hüquqi qiymət verilməli idi. İddia ərizəsində göstərilənlər yalandır və nə iddiaçı nə də onun valideyinləri evin inşasına bir qəpik olsun belə xərcləməyiblər. Ona qarşı qaldırılmış iddia tam əsassızdır və buna görə də məhkəmədən işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin mövqeyini nəzərə alaraq, iddiaçının izahatını dinləyərək, cavabdehin etirazını araşdıraraq, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Tərəflər xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahından xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 X3 ilə bağlanmış nikahı xx.xx.2020-ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 109 № ilə qeyd edilmişdir. Evlərin alqı-satqı xidmətinin xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, sözügedən mülk şəhərin mərkəzində yerləşir. Həyətyanı sahəsi 6 ha, 2 mərtəbəli iki qat daşla inşa edilmiş dördtərəfli daş hasarla əhatə olunmuş və 6 otaqlı təmirdən yeni çıxmış mülki satmaq üçün 130.000-140.000 manat civarında dəyərləndirdilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-418/2023 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 5 ünvanında yerləşən **********97-11301 reyestr nömrəli 0,06 ha torpaq sahəsi və üzərində olan 215,4 kv.m-dən ibarət bağ evi Cavabdeh1 mülkiyyətindədir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-1(032)-19/2022 saylı qərardadına əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan 215,4 kv.m-dən ibarət bağ evinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,06 ha bağ evi Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır. “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 245 nömrəli, xx.xx.2023-cü il tarixli arayıdan görünür ki, X6 xəstəxananın ruhi-əsəb kabinetində şəxsiyyətin üzvi pozuntusu, psixopatabənzər davranış diaqnozu ilə qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli müalicə sxemlərindən çıxarışdan görünür ki, X6 mütəmadi olaraq xəstəliyi ilə əlaqədar dərman preparatlarının qəbulunu nəzərdə tutulmaqla müalicə kursu keçir. Abituriyent hazırlığı ilə əlaqədar bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X4 müvafiq təhsil kursuna cəlb edilməsi ilə əlaqədar 200 azn ödəniş olmuşdur. Şirvan İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarına əsasən borclu Cavabdeh1 tələbkar X1 xeyrinə 2 uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının 1/3 hissədə aliment tutulmasına dair icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 tələbin (aliment) könüllü icrası barədə bildiriş göndərilmişdir. X1 Şirvan şəhər Məhkəməsinə ünvanladığı ərizənin surətindən görünür ki, 2(032)-775/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamənin icrası üzrə iddiaçı əvvəlcə xx.xx.2021-ci il tarixdə icra şöbəsinə müraciət edərək alimentin dayandırılmasını xahiş etmiş, sonradan tərəflər arasında olan razılaşma pozulduğundan və cavabdeh alimenti ödəmək istəmədiyindən icra sənədinin yenidən icraya yönəldilməsini xahiş edir. X8 və İqtisadiyyat Universitetinin xx.xx.2021-ci il tarixli, 64373/2021 nömrəli məktubuna əsasən X5 universitetin kompyuter elmləri üzrə 4 illik dövr üzrə təhsil alır, bir illik təhsil üzrə ödəniş 2456 EUR dur. xx.xx.2022-ci il tarixli mənzil kirayə müqaviləsinə əsasən İlknur Səmədzadə mənzilə görə aylıq 1150 zlot (471,5 AZN) ödəniş edir. Rabitəbank Şirvan filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən X1 X8 və İqtisadiyyat Universitetinə 2-ci semestr üçün 1153 avro (2149 azn) məbləğində pul köçürməsi etmişdir. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə görə məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci addəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə işin hallarını, iddiaçının tələbini qiymətləndirərək belə hesab edir ki, sözügedən əmlak birgə nikah dövründə əldə edilmişdir, bu səbəbdən də iddiaçı göstərilən əmlak üzərində payının müəyyən edilməsi tələbində haqlıdır, həmçinin məhkəmə yetkinlik yaşına çatsalar da hazırda iddiaçının himayəsində olan birgə nikahdan anadan olmuş uşaqların mənafeyini, X2 xaricdə təhsil almasını, bununla əlaqədar xaricdə yaşaması və təhsili ilə çəkilən xərclərin mütəmadi olaraq iddiaçı tərəfindən ödənilməsini, X4 xəstəliyini, müntəzəm müalicə alması ilə əlaqədar çəkilə biləcək mümkün xərcləri nəzərə alaraq mübahisəli əmlaka dair payların nisbətini müəyyən edərkən - ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 215,4 kv.metrdən ibarət bağ evi üzərində iddiaçının 2/3 hissədə, cavabdehin də isə 1/3 hissədə payının müəyyən olunmasını qanunamüvafiq hesab edir. Cavabdehin etirazında və ərizələrində qeyd etdikləri ilə əlaqədar isə məhkəmə xatırladır ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanları ümumiləşdirsək belə ifadə edərik ki, iddaçı irəli sürmüş tələbini sübuta yetirməli olduğu kimi, cavabdeh də iddianın təmin edilməsini istisna edən etirazının əsaslarını sübuta yetirməli, əks təqdirdə isə məhkəmə etirazda qeyd olunanları mövcud olmayan kimi rədd edir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 320 manat dövlət rüsumundan və 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 320 manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 50 manat, cəmi 370 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 215,4 kv.metrdən ibarət bağ evi üzərində İddiaçı 2/3 hissədə və Cavabdeh1 1/3 hissədə payları müəyyən edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-169/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-169/2023
08.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver