Məhkəmə qərarları › İş №2(032)-170/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-170/2024

06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-170/2024 06.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci təvəllüdlü X2 1983-cü ilin mart ayında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X11 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.1982-cü ildə X6 anadan olmuşdur. xx.xx.1982-cü ildə X6 həmin il mart ayında ölmüşdür. Lakin üzərindən uzun illər keçməsinə baxmayaraq, qızının ölüm haqqında şəhadətnaməsini ala bilməmişəm. Ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Maraqlı şəxsndə aparılmış araşdırma zamanı 1983-cü ildən xx.xx.2023-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktlarının” avtomatlaşdırılmış qeydiyyat sistemi yoxlanılmış və xx.xx.1982-cü ildə X2 ölüm haqqında şəhadətnaməsi aşkarlanmamışdır. Buna əsasən Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubla cavab vermişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərar ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm məhkəmə qaydasında müəyyən edilir. Onun qızı Günel Səmədova 1983cü ilin mart ayında ölmüş və Şirvan Şəhər qəbiristanlığında dəfn edilmişdir. Hesab edir ki, ölüm faktı tanınmalı və müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölüm haqqında şəhadətnamə verilməlidir. Daha sonra Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci təvəllüdlü X2 xx.xx.1983-cü ildə Şirvan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, Ərizəçi Sabirabad rayonu, Yaxa Dəllək kəndində qonşusu olmuş, aralarında bir ev olmuşdur. Özləri Şirvanda yaşayırdı. Qonşularına gəlin gəlib. Ərizəçi 4 oğlu 1 qızı olmuşdur. Qızı uzun müddət yaşamadı, 5-6 ay yaşadı. Rəhmətlik atası Əlisəfa ilə qonşuluq münasibətləri olmuşdur. Saranın qızı 1983-cü ildə novruz bayramı ərəfəsində vəfat etdi. Təxmini günü yadımda deyil. Lakin mərhumun dəfnində iştirak etməmişdir. Uşaq yeni doğulmuş olduğu üçün dəfn mərasimi təşkil edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi qonşusudur. Kənddə aralarında bir ev vardır. Saranı 1981-1982-ci ildən tanıyır. Saranın həyat yoldaşı müəllim işləyib. Sara özü tibb bacısı idi. Saranın Əlisəfa ilə nikahlarından 4 oğlu 1 qızı vardı. Uşağını görməmiş, amma öldüyünü bilmişdir. Qız uşağı olduğunu bilirdi, uşaq 5-6 ay yaşadı sonra öldü. Həmin gün özü işdə olmuş, ona zəng vuraraq Əlisafanın qızının ölməsini demişdirlər. Şirvan işlədiyi üçün 4 gün iş, 4 gün evdə olurdu, bu səbəbdən də Saranın qızının dəfnində iştirak etməmişdir. Uşaq yeni doğulmuş olduğu üçün dəfn mərasimi təşkil edilməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1982-ci ildə doğulmuşdur. X1, anası X4r. İş materiallarında olan xx.xx.2008-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X8 arasında olan nikah qeydi ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə, 16 nömrə ilə qeyd edilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/7-15-Ə-458/2- 06/2023 nömrəli məktubda qeyd edilmişdir ki, 1983-cü ilin mart ayında X2 ölümün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Sabirabad rayon İHB-nın Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X3, Şirvan şəhər sakini Ərizəçi, Sabirabad rayon Yaxa-Dəllək kənd sakinləri X13, X7 və X9 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1982-ci ildə anadan olmuş X6 xx.xx.1983-cü ildə vəfat etmiş və Sabirabad rayon Qarağac kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Adları qeyd olunan şəxslər aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi, qızı X2 xx.xx.1983-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1982-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş X2 xx.xx.1983-cü ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhəri Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar