Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1959/2024 10.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , Ərizəçi “ölüm haqqında şəhadətnaməsinin alınması” tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm haqqında şəhadətnaməsinin alınması” tələbinə dair ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Ərizədən görünür ki, həyat yoldaşı X1 16 may 1979-cu ildə Əli-Bayramlı şəhərində anadan olmuş, 20 noyabr 2024-cü il tarixində vəfat etmiş və Sabirabad rayon Qaratoğay kənd qəbiristanlığında dəfn edilmişdir. Bundan sonra ailə başçısını itirilməsinə görə DSMF-na pensiya almaq üçün müraciət etmişdir. DSMF-dan ölüm haqqında şəhadətnamənin təqdim edilməsini söyləmişlər. Bunun üçün 02 dekabr 2024-cü il tarixində Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması üçün ərizə ilə müraciət etdikdə ona ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmasını söyləmişlər. Həmin sözü gedən sənəd olmadığına görə Maraqlı şəxsndən 02 dekabr 2024-cü il tarixli 3-16-5/8-15- 589 nömrəli məktuba əsasən ərizəsinə imtina verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə, ərizənin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş ərizənin formasına və məzmununa riayət edilməmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci maddələri ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Göründüyü kimi qanuna müvafiq olaraq bu faktlar və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və ya ona xitam verilməsinə əsas verməlidir. Xüsusi icraat qaydasında müəyyən edilən hüquqi faktların bu əlaməti ərizədə faktın müəyyən edilməsinin məqsədinin göstərilməsini tələb edir. Çünki məhkəmə hüquqi əhəmiyyəti olmayan faktı müəyyən edə bilməz. Faktın hüquqi əhəmiyyəti isə onunla müəyyən olunur ki, bu fakt hüquq münasibətinin yaranmasına, dəyişməsinə və ya xitamına imkan verir. Buna görə də ərizədən aydın olmalıdır ki, bu hüquqi faktın müəyyən edilməsi nəticəsində fiziki və hüquqi şəxslərin hansı şəxsi və ya əmlak hüquqları əmələ gəlir,dəyişir və ya ona xitam verilir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti isə maddi hüquqla (məsələn mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Habelə həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi mülki prosessual qanunvericiliyinin tələbinə görə həmin hüquqi faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada əldə edilməsi və ya yaxud itirilmiş sənədlərin başqa qaydada bərpası mümkün olmamalıdır və ərizəçi bu barədə sübutlar təqdim etməlidir. Həmçinin qanunvericilikdə bu hüquqi faktların müəyyən edilməsinin başqa (məhkəmədənkənar) qaydası nəzərdə tutulmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 9.3-cü və 9.4-cü bəndlərinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə Ərizəçi ərizəsində qoyulan tələb aydın deyildir, belə ki, o, “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” tələb qoymalı olduğu halda, “ölüm haqqında şəhadətnaməsinin alınması” tələbi qoymuşdur. Mülki prosessual qanunvericiliyinin tələbinə görə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Beləliklə, məhkəmə iddia tələbinin qeyri-dəqiq olmasını nəzərə alıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “ölüm haqqında şəhadətnaməsinin alınması” tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1959/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1959/2024
10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver