Məhkəmə qərarları › İş №2(032)-2104/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-2104/2025

24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-2104/2025 24.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Məmmədova Pərvin Şaiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1918-ci il təvəllüdlü X12 10 sentyabr 1983-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1949-cu il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. X8 1957-ci ildə onun 8 yaşı olanda dünyasını dəyişmişdir. Sənədləri kənd şəraitində yaşadıqları fərdi yaşayış evində sandıqda saxlanılırdı.1967-ci ildə el adəti ilə toy etməklə ailə qurmuşlar, lakin nikahları xx.xx.1972-ci il tarixdə rəsmi qeydə alınmışdır. X2 və anası X3 rayonunun Qovşudlu kədində yaşamışlar onların faktiki nikahlarından o, dünyaya gəlmişdir. X8 1957-ci ldə onun 8 yaşı olanda dünyasını dəyişmişdir. Sonradan atası X4 rayonuna gələrək X10 ilə nikaha girmişdir. Ona məxsus olan sənədlər isə baxımsızlıq səbəbində məhv olmuşdur. Mərhum X3 rayon Qovşudlu kənd sakini olmuş, həmin kənddə daimi yaşamış, 1957-ci ildə vəfat etmiş və Qovşudlu kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Şahvəlli kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyinin 31 oktyabr 2024-cü il tarixli, 335 nömrəli arayışına əsasən mərhum X4 rayon Milabad qəsəbəsində daimi yaşamış, 1983-cü ildə vəfat etmiş və Qovşudlu kənd qəbirstanlığında dəfn edilmişdir. Analığı (ögey anası) X1 rayonda Milabad qəsəbəsində üzümçülük savxozunda birmərtəbəli çoxmənzilli yaşayış sahəsində 3 otaqlı mənzillə təmin edilmişdir. xx.xx.1983-cü il tarixdə atası Beyləqan rayonu Milabad qəsəbəsində dünyasını dəyişmişdir. Həmin dövrdə həkim arayışı (tibbi şəhadətnamə) olmadığından ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Mərhum Cəbrayıl rayonu Qovşudlu kəndində dəfn edilmişdir. Həmin dövrdə Maraqlı şəxsnə müraciət etdikdə, həkim şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina etmiş və bu ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. Atasının ölüm şəhadətnaməsinin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, atası X4 rayonunda vəfat etmiş, lakin Cəbrayıl rayonunun Qovşudlu kədində dəfn edilmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlanaraq Ərizəçi ölümün qeyd edilmə fakt tələbinə dair mülki iş üzrə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur, Suhranın atası Beyləqan rayonunun Milabad qəsəbəsində yaşamış, onlara mütəmadi olaraq gəlib-getmiş, hətta aylarla onlarda, yəni qızı Suhragildə qalmışdır. Suhranın atası vəfat etdikdə, o və digər qonşuları mərhumun yas mərasimində iştirak etmişlər. Mərhum Cəbrayıl rayonu Qovşudlu kəndində dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X22 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur, Suhranın atası onlara mütəmadi olaraq gəlib-getmişdir. Mərhum vəfat edəndə qonşularla birlikdə Beyləqan rayonuna yas mərasiminə getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Ərizəçi ilə 1973-cü ildən qonşu olmuşlar, Suhranın atası onlara mütəmadi olaraq gəlib-getmişdir. Mərhum ölüm xəbərini eşidəndə qonşularla birlikdə Beyləqan rayonuna yas mərasiminə getmişlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1949cu il təvəllüldü, Beyləqan rayonunda doğulmuş Ərizəçi Əli Bayramlı (indiki ünvan 2 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhafətnamənin surətindən görünür ki, X18 xx.xx.1949-cu il tarixdə anadan olmuşdur. X9, X8dır. Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Maraqlı şəxs ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina haqqında 02 oktyabr 2024-cü il tarixli, 426 nömrəli rəyindən görünür ki, Ərizəçi mərhum X9nun ölüm haqqında akt qeydinin aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Milabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 20 nömrəli arayışdan görünür ki, mərhum X4 rayon Milabas qəsəbəsində yaşamış 1983cü ildə 10 sentyabr tarixində vəfat etmişdir. X5 rayon Qovşudlu kənd qəbirstanığında dəfn olunmuşdur. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X12 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçinun, X9nun 10 sentyabr 1983-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1918-ci il təvəllüdlü X12 10 sentyabr 1983-cü ildə Beyləqan rayonunda ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhəri Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar