Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-2172/2025 02.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək anası xx.xx.1939-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu Sabirabad rayonunu Həşimxanlı kəndində anadan olmuşdur. X1 ilə anası Şükürova (Melikova) Mərfət Azatxan qızı xx.xx.1962-ci ildə Sabirabad RİHB-nın Həşimxanlı KİN-də rəsmi nikaha daxil olmuşlar. Anası Şükürova (Melikova) Mərfət Azatxan qızı xx.xx.2025-ci ildə insultandan vəfat etdi. X5 Stansiyasının həkim briqadası gəlsə də, artıq anası keçinmişdir. Anasının nəşi Sabirabad rayonu Həşimxanlı kəndində kənd qəbiristanlığında dəfn edilərək torpağa tapşırılıb. Bir müddət başları yas mərasiminə qarışmış və sonradan anasına ölüm haqqında şəhadətnamə almaq istəsələr də çətinliklərlə üzləşmişdir. Xəstəxanadan sənəd verilmədir ki, onlarda məlumat yoxdur, qeydiyyat şöbəsi ölüm sənədi verə bilmirlər ki, xəstəxanadan 109 saylı ölüm haqqında tibbi şəhadətnamə gətir. Bir sözlə əsassız girinclik və məsuliyyətsizlik. Halbuki, anası vəfat edəndə həkim briqadası gəlmişdir. İndi isə o ölüm şəhadətnaməsi ala bilmir. Sabirabad regional Asan xidmət mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin xəstəxana sənədi olmadığı üçün ölümün qeydə alınmasından imtina verilmişdir. Bu səbəbdən də sənədləşmə işlərin edə bilmirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Sabirabad Regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib bildirdi ki, vəfat etmiş şəxs onun nənəsidir. Nənəsi xx.xx.2025-ci il tarixdə insultan keçirmiş, bu səbəbindən vəfat etmişdir. Sabirabad rayonu Həşimxanlı kəndində qəbirstanlığda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verib bildirdi ki, Mərfət Şükürova xx.xx.2025-ci ildə vəfat etmiş, Sabirabad rayonu Həşimxanlı kəndində qəbirstanlığda dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sabirabad Rayon İcra Hakimiyyəti Həşimxanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndiliyinin xx.xx.2025-ci il tarixli, 5-70-20/2-448/2025 saylı arayışından görünür ki, Ərizəçi mərhum anası X4 xx.xx.2025-ci il tarixdə Həşimxanlı kəndində vəfat etmiş və Həşimxanlı kənd qəbirstanlığında el adəti dəfn olunmuşdur. Sabirabad rayonu Həşimxanlı kənd Həkim Məntəqəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X4 xx.xx.2025-ci ildə insultdan vəfat etmişdir. Ərizəçi anası X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmək barədə rəydən görünür ki, vətəndaş Sabirabad rayonu Həşimxanlı kəndində anadan olan və Şirvan şəhəri, S.Zeynalov küşəsi, ev 8, mənzil 8-də yaşayış yeri üzrə qeydiyyatda olan Ərizəçi xx.xx.2025-ci il tarixdə Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.1939-cu ildə Sabirabad rayonunun Həşimxanlı kəndində anadan olaraq orada yaşamış və xx.xx.2025ci ildə vəfat edərək Sabirabad rayonu Həşimxanlı kəndində kənd qəbiristanlığında dəfn edilmiş anası X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Təqdim edilən sənədlər araşdırılarkən məlum olmuşdur ki, X4 xx.xx.1939-cu ildə Sabirabad rayonunun Həşimxanlı kəndində anadan olaraq orada yaşamasına, xx.xx.2025-ci ildə insultdan vəfat edərək Sabirabad rayonu Həşimxanlı kəndində kənd qəbiristanlığında dəfn edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsi səbəbi ilə yanaşı, ölüm haqqında tibbi şəhadətnamə (106 saylı forma) əldə edilərək qeydiyyat şöbəsinə təqdim edilməmişdir. İşin araşdırılmış hallarından və fotoşəkillərdən müəyyən edildi ki, Ərizəçi anası – xx.xx.1939-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Sabirabad rayonunda ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1939-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Sabirabad rayonunda ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1939-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Sabirabad rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-2172/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-2172/2025
02.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver