Məhkəmə qərarları › İş №2(032)-259/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-259/2023

24.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-259/2023 24.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki işə baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********21187 XİOMİ REDMİ 9 markalı telefon üçün 272 manat ödənilməmiş hissə, 27 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********99121 XİOMİ REDMİ 9 markalı telefon üçün 189 manat ödənilməmiş hissə, 18 manat cərimə; ümumilikdə 506 manat borc, 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC Cavabdeh ilə bağladığı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən İMEİ KOD **********21187 XİOMİ REDMİ 9 və İMEİ KOD **********99121 XİOMİ REDMİ 9 markalı telefonlar alınmış, nəticədə 506 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 363 manat (12 ay x27,5 manat + 33 manat ilkin ödəniş) İMEİ KOD **********21187 XİOMİ REDMİ 9 markalı telefon üçün ümumilikdə, 299 manat olmaqla ondan, 272 manat ödənilməmiş hissə, güzəşt olunaraq 27 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 438 manat (15 ay 29,2 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********99121 XİOMİ REDMİ 9 markalı telefon üçün ümumilikdə, 207 manat olmaqla ondan 189 manat ödənilməmiş hissə, güzəşt olunaraq 18 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 340 manat təşkil edir. Ödəniş cədvəlinin ikinci bəndinə əsasən ödənişdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə ararlarında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların Təhvil-Təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışıdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll edilməsi, öhdəliklərin lazimi qaydada icra edilməli olduğu rəsmi qaydada bildirilsə də, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh qeydiyyatda olduğu ünvana iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, lakin borclu həmin ünvanda yaşamadığına görə zərf geri qaytarılmışdır. Cavadehin 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2021-ci il tarixli, 23205184 nömrəli nisyə alqı-satqı Müqaviləsindən görünür ki, Cavabdeh 363 manat dəyərində XİOMİ REDMİ 9 3/32GB markalı telefon 12 ay müddətinə nisyə satılmışdır. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 23205184 nömrəli nisyə alqı-satqı Müqaviləsinin Əlavəsindən və Ödəniş cədvəlindən görünür ki, borclu hər ay İOMİ REDMİ 9 3/32GB markalı telefon üçün 27,5 manat ödəməlidir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh XİOMİ REDMİ 9 3/32GB(**********21187) markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli 22247299 nömrəli Müqaviləsinə əsasən 438 manat dəyərində XİOMİ REDMİ 9 3/32GB markalı telefon 15 ay müddətinə nisyə satılmışdır. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 22247299 nömrəli nisyə alqı-satqı Müqaviləsinin Əlavəsindən və Ödəniş cədvəlindən görünür ki, borclu hər ay İOMİ REDMİ 9 3/32GB markalı telefon üçün 29,2 manat ödəməlidir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh XİOMİ REDMİ 9 3/32GB(**********99121) markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İşə əlavə edilmiş Maliyyə Arayışıdan görünür ki, xx.xx.2022-ci il tarixə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********21187 XİOMİ REDMİ 9 markalı telefon üçün 272 manat ödənilməmiş hissə, 27 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********99121 XİOMİ REDMİ 9 markalı telefon üçün 189 manat ödənilməmiş hissə, 18 manat cərimə; ümumilikdə 506 manat borc yaranmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh mövcud müqavilə ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazımi qaydada məlumatlandırmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqavilələrinin bağlanmasına baxmayaraq, cavabdeh müqavilələri ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, müqavilələr ilə aldığı əşyaların dəyərini iddiaçı "xxxx" MMC-yə qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 272 manat ödənilməmiş hissə, 27 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 189 manat ödənilməmiş hissə, 18 manat cərimə; ümumilikdə 506 manat borc, 30 manat məbləğində pulu "xxxx" MMC-nə verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 30 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki,iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 272 (iki yüz yetmiş iki) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 189 (yüz səksən doqquz) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə; ümumilikdə 506 (beş yüz altı) manat, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar