Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-262/2023 24.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49142 Samsung Galaxy A03S markalı telefon üçün 457,44 manat ödənilməmiş hissə, 45,56 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Mi True qulaqlıq üçün 52,98 manat ödənilməmiş hissə, 5,02 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Tws Aiwa qulaqlıq üçün 38,04 manat ödənilməmiş hissə, 3,96 manat cərimə borc yaranmışdır. Ümumilikdə 603 manat borc və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC Cavabdeh ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********49142 Samsung Galaxy A03S markalı telefon, Mi True qulaqlıq və Tws Aiwa qulaqlıq alınmış, nəticədə 603 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 550,44 manat (18 ay x 30,58 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********49142 Samsung Galaxy A03S markalı telefon üçün ümumilikdə, 503 manat olmaqla ondan 457,44 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45,56 manat cərimə; 4.12.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 52,98 manat (6 ay x 8,83 manat + 0 manat ilkin ödəniş) Mi True qulaqlıq üçün ümumilikdə, 58 manat olmaqla ondan 52,98 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5,02 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 53,04 manat (12 ay x 4,42 manat + 0 manat ilkin ödəniş) Tws Aiwa qulaqlıq üçün ümumilikdə, 42 manat olmaqla ondan 38,04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3,96 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 108 manat təşkil edir. Ödəniş cədvəlinin ikinci bəndinə əsasən ödənişdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə ararlarında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların Təhvil-Təslim aktlarıından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışıdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll edilməsi, öhdəliklərin lazimi qaydada icra edilməli olduğu rəsmi qaydada bildirilsə də, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh qeydiyyatda olduğu ünvana iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş Cavabdeh çatdırılmışdır. Bildiriş rəsmi qaydada alındığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2021-ci il tarixli, ******* nömrəli Müqavilədən görünür ki, Cavabdeh 53,04 manat dəyərində Tws Aiwa qulaqlıq 12 ay müddətinə nisyə satılmışdır. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı Müqaviləsinin Əlavəsindən və Ödəniş cədvəlindən görünür ki, borclu hər ay Tws Aiwa qulaqlıq üçün 4,42 manat ödəməlidir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh TWS AİWA AT-X80E- BLACK tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il, ******* nömrəli Müqavilədən görünür ki, Cavabdeh 52,98 manat dəyərində Tws Aiwa qulaqlıq 6 ay müddətinə nisyə satılmışdır. İşə əlavə edilmiş xx.xx.2021-ci il, ******* nömrəli nisyə alqı-satqı Müqaviləsinin Əlavəsindən və Ödəniş cədvəlindən görünür ki, borclu hər ay Tws Aiwa qulaqlıq üçün 8,83 manat ödəməlidir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh Mİ TRUE WİRELESS EARBUDS BASİC 2/BHR4272GL tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli, ******* nömrəli Müqavilədən görünür ki, Cavabdeh 399,96 manat dəyərində Samsung Galaxy A03S telefon 18 ay müddətinə nisyə satılmışdır. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı Müqaviləsinin Əlavəsindən və Ödəniş cədvəlindən görünür ki, borclu hər ay Samsung Galaxy A03S telefon üçün 4,42 manat ödəməlidir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh SAMSUNG GALAXY A03S (SM-A037) 64GB-BLUE tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh mövcud müqavilə ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazımi qaydada məlumatlandırmışdır. İşə əlavə edilmiş Maliyyə arayışıdan görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 457,44 manat ödənilməmiş hissə, 45,56 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 52,98 manat ödənilməmiş hissə, 5,02 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən qiyməti 38,04 manat ödənilməmiş hissə, 3,96 manat cərimə borc yaranmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqavilələrinin bağlanmasına baxmayaraq, cavabdeh müqavilələri ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, müqavilələr ilə aldığı əşyaların dəyərini iddiaçı "xxxx" MMC-yə qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 457,44 manat ödənilməmiş hissə, 45,56 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 52,98 manat ödənilməmiş hissə, 5,02 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən qiyməti 38,04 manat ödənilməmiş hissə, 3,96 manat cərimə məbləğində borc pulu "xxxx" MMC-yə verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 30 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki,iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 457 (dörd yüz əlli yeddi) manat 44 (qırx dörd) qəpik ödənilməmiş hissə, 45 (qırx beş) 56 (əlli altı) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 52 (əlli iki) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş hissə, 5 (beş) 02 (İki) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən qiyməti 38 (otuz səkkiz) 04 (dörd) manat ödənilməmiş hissə, 3 (üç) manat 96 (doxsan altı) manat cərimə borc, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-262/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-262/2023
24.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver