Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-279/2025 31.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi , Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X2 xx.xx.2024-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il təvəllüdlü həyat yoldaşı X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Lakin həyat yoldaşının dünyasını dəyişməsi ilə əlaqədar həkim arayışı (tibbi şəhadətnamə) olmadığından ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Həyat yoldaşı X1 rayon, Qaratoğay kəndində yerləşən el qəbristanlığında dəfn edilmişdir. Həyat yoldaşının ölüm şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etdikdə, tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina etmişdir. Həyat yoldaşının ölüm şəhadətnaməsini başqa qaydada alınması qeyrimümkün olduğundan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, X3 ölüm haqqında şəhadətnaməsi müvafiq qurumlara təqdim edilməsi üçün zəruridir. Bundan başqa qeyd edilənləri məhkəmə iclasında sübuta yetirəcək və ya təsdiq edəcək şahidləri də vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib bildirdi ki, Ərizəçi onun bacısıdır. Bacısının mərhum həyat yoldaşı X7 yüksək təzyiq səbəbindən qəflətən vəfat etmişdir. Onun yas və dəfn mərasimində iştirak etmişdir, o, Sabirabad rayon qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verib bildirdi ki, mərhum X7 onun xalası oğludur. Onunla birlikdə işləmiş, işdə olarkən qəflətən vəfat etmişdir. Onun yas və dəfn mərasimində iştirak etmişdir, o, Sabirabad rayon qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi nikahı xx.xx.2013cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 278 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Babayev , arvada Babayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 may 1979-cu ildə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, atası Babayev Əliövsət oğlu, anası X5r. Sabirabad rayon İcra Hakimiyyəti Güdəcühür kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, mərhum X7 xx.xx.2024-cü ildə Sabirabad rayonu Güdəcühür İnzibati Ərazi Dairəsinin Qaratuğay kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-589 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, xx.xx.1979-cu il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ölməsi ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi həyat yoldaşı – xx.xx.1979-cu ildə anadan olmuş X2 xx.xx.2024-cü ildə Bakı şəhəri Qaradağ rayonunda ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1979-cu ildə anadan olmuş X2 xx.xx.2024cü ildə ildə Bakı şəhəri Qaradağ rayonunda ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu ildə anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-279/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-279/2025
31.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver