Məhkəmə qərarları › İş №2(032)-281/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-281/2025

15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-281/2025 15.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 09 mart 1973-cü il təvəllüdlü X8 03 oktyabr 1974-cü il tarxidə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ailə üzvləri ilə birlikdə yaşayır. X1 qeyrirəsmi nikahından 09 mart 1973-cü il tarixdə X4 dünyaya gəlmişdir. X4 uşaq yaşlarında səhhətində olan problemlər ilə əlaqədar müalicə almış, xx.xx.1974-cü il tarixdə vəfat etmişdir. Qardaşının dünyasını dəyişməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Hazırda anası X6 da dünyasını dəyişdiyi üçün özü məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Kəmalənin anasıgil ilə qonşu olmuş, sonradan isə Kəmalənin dayısı Nazimlə ailə quraraq onların evinə gəlin köçmüşdür. Həmin ildə onun 12 yaşı olmuş, Svetlana kollecdə oxuduğu vaxt onun hamilə olduğunu eşitmişlər, daha sonra onun bir oğlan övladı dünyaya gəlmişdir. Lakin uşaq bir yaşında vəfat etmiş və onu dəfn etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Kəmalə onun bacısı qızıdır. Bacısı Svetlana kollecdə oxudu vaxt qaçırılmış, qeyri-rəsmi nikahından bir oğlan övladı dünyaya gəlmişdir. Lakin uşaq dünyaya gəldikdən sonra xəstə olduğu üçün vəfat etmişdir. Mərhum vəfat etdikdən sonra Şirvan şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1980-ci ildə doğulmuşdur. X7, anası X3r. Şirvan şəhər qəbirstanlığının rəhbəri X13, idarənin içisi X21, mərhumun bacısı X11, X17 və Ərizəçi Nəzir qızının iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X15 xx.xx.1974-cü ildə vəfat etmiş və Şirvan şəhər qəbirstanlığında dəfn edilmişdir. Adları qeyd olunan şəxslər aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. Maraqlı şəxs tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, X15 09 mart 1973-cü ildə doğulmuşdur. Atası - Firudin Eyvaz oğlu, anası X5r. Maraqlı şəxs Ərizəçi ünvanladığı 22 noyabr 2024-cü il tarixli, 3-16-5/8-15-582 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1973-cü ildə Şirvan şəhərində anadan olmuş oğlunuz X8 xx.xx.1974-cü ildə Şirvan şəhərində ölümün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 18 fevral 2025-ci il tarixli, 5-8-1/2-81/2025 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmuş mərhumə Abbasova (Atayeva) Svetlana izaməddin qızının övladı X15 və Firudin Eyvaz oğlu barəsində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində heç bir məlumat aşkar olunmamışdır. Məhkəmənin sorğusuna əsasən Maraqlı şəxs tərəfindən 03 fevral 2025-ci il tarixli, 3- 16-5/7-xx-xx/2025 nömrəli məktubuna əlavə edilmiş 16 mart 1973-cü il tarixli 253 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X15 xx.xx.1973-cü ildə doğulmuşdur. Məhkəmənin sorğusuna əsasən Şirvan şəhər Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-111/2-3817/2025 nömrəli məktubundan görünür ki, Abbasova (Atayeva) Svetlana İzaməddin qızının xx.xx.2024-cü ildə 408 nömrəli aktı ilə əlaqədar deaktivləşdirilmişdir. Digərləri barəsində Şirvan şəhər QŞVQ-nin kartatekasında heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna əsasən Şirvan şəhər 1 saylı Notariat ofisinin 27 fevral 2025ci il tarixli, 243 nömrəli məktubundan görünür ki, X2 adına Şirvan şəhər 1 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X8 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi, X4nun 03 oktyabr 1974-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09 mart 1973-cü il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş X8 03 oktyabr 1974-cü ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhəri Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar