Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-283/2025 07.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək 1932-ci ildə anadan olmuş X2nun xx.xx.1989-cu il tarixdə Şirvan şəhəri Əli-Bayramlı qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 1932 ci il təvəllüdlü X2 xx.xx.1989-cu ildə Şirvan şəhəri Əli Bayramlı qəsəbəsində vəfat etmişdir. Lakin atasının ölümü Şirvan şəhəri Əli Bayramlı qəsəbəsində yaşadıqları evdə baş verdiyi üçün tibb müəssisəsindən ölüm haqqında sənəd verilməmişdir. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Şirvan şəhər Qeydryyat şöbəsi tərəfindən verilmiş rəsmi cavabda, ölüm faktının qeydə alınmasından imtna olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Beləliklə, hazırda X2nun ölümü barədə lazımı sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı, eləcə də digər məsələlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqların həyatə keçirilməsinə maneələr yaradır. X2 xx.xx.1989-cu ildə Şirvan şəhər Əli Bayramlı qəsəbəsində vəfat etmiş və həmin gün Şirvan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Ərzəsinə əlavə etdiyi məzarın fotoşəkilləri bu faktı bir daha təsdiqləyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib bildirdi ki, qaynX2 xx.xx.1989-cu ildə xəstəlik səbəbindən vəfat etmiş, Şirvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur . Onun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, X11 bacısının qaynatasıdır. Ərizəçinin atasının yas mərasimində və dəfnində iştirak etmişdir. Ərizəçinin atası Şirvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, 1932-ci il təvəllüdlü X6 xx.xx.1936-cı il təvəllüdlü X10 ilə nikahı vətəndaşlıq vəziyyəti aktları kitabında 09 may 1955-ci ildə 85 nömrə ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, X2, anası X5r. Şirvan şəhər qəbirstanlığının rəhbəri X8, idarənin işçisi X9, rəhmətliyin nəvəsi X7, rəhmətliyin oğlu Ərizəçi, rəhmətliyin gəlini X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X11 xx.xx.1989-cu il tarixdə Şirvan şəhər Qəbirstanlığında dəfn edilmişdir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-607 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, 1932-ci il təvəllüdlü X6 xx.xx.1989-cu il tarixdə ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi atası – 1932-ci ildə anadan olmuş X6 xx.xx.1989-cu ildə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 1932-ci ildə anadan olmuş X6 xx.xx.1989-cu ildə Şirvan şəhəri Əli-Bayramlı qəsəbəsində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1932-ci ildə anadan olmuş X6 xx.xx.1989-cu il tarixdə Şirvan şəhəri Əli-Bayramlı qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-283/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-283/2025
07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver