Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-315/2024 14.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizəsinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək atası xx.xx.1963-cü il təvəllüdlü X9 21 iyun 2009-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Şirvan şəhəri ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. X1 onlarla birlikdə yaşamışdır. X12 xərçəng xəstəliyindən əziyyət çəkmiş, 21 iyun 2009-cu il tarixdə səhhəti ilə əlaqədar vəziyyəti pisləşmiş və vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra onu müalicə edən Ədalət adlı həkimə zəng vurmaqla məlumat vermişdir. X5 Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə məlumat verilməmişdir. X1 Şirvan şəhərində yerləşən el qəbristanlığında dəfn edilmişdir. Neman Muradovun ölüm şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etdikdə, tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina edilmişdir. Qardaşının ölüm şəhadətnaməsini başqa qaydada alınması qeyri-mümükün olduğundan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, X12 ölüm haqqında şəhadətnaməsi miras qalmış daşınmaz əmlakın rəsmiləşdirilməsi üçün zəruridir. Bundan başqa qeyd edilənləri məhkəmə iclasında sübuta yetirəcək və ya təsdiq edəcək şahidləri də vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib bildirdi ki, ərizəçi onun qonşusudur , vəfat etmiş X12 2009-cu il tarixdə xəstəlikdən vəfat etmiş, qonşusunun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verib bildirdi ki, ərizəçi onun qonşusudur, vəfat etmiş X12 xəstə olmuş, 2009-cu il tarixdə vəfat etmiş, qonşusunun dəfn və yas mərasimində özü iştirak etməsə də, valideynləri iştirak etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1963-cü ildə Şamaxı rayonu Dağ Kolanı kəndində anadan olmuş, atası X13, anası X3r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, atası X13, anası X3r. Şirvan şəhəri ünvan 2 ünvanda yaşayan X7 , Şirvan şəhəri ünvan 3 yaşayan X4, Şirvan şəhəri ünvan 2 evdə yaşayan X8 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şirvan şəhəri ünvan 4 ünvanda yaşamış X12 xx.xx.2009-cu ildə qəfildən dünyasını dəyişmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/7-M-15/601 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, xx.xx.2023-cü il təvəllüdlü qardaşınız X9 xx.xx.2009-cu il tarixdə ölməsi ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi qardaşı – xx.xx.1963-cü ildə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X9 xx.xx.2009-cu ildə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1963-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X9 xx.xx.2009-cu ildə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1963-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X9 xx.xx.2009-cu ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-315/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-315/2024
14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver