Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-331/2023 31.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh Babayev Nemət Elxan oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçıASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Babayev Nemət Elxan oğlundan xx.xx.2020-ci il, GTKR2581847A141 saylı kredit müqaviləsinə əsasən 6217,35 manat məbləğində əsas, 2033,54 manat faiz, cəmi 8250,89 manat, xx.xx.2020-ci il tarixli, BRED2463687A141 saylı kredit kartına dair müqaviləyə görə 169,41 manat əsas, 15,77 manat faiz, cəmi 185,18 manat borcun və iddia verilərkən ödənilmiş 104,36 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Babayev Nemət Elxan oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR2581847A141 saylı kredit müqaviləsi vəxx.xx.2020-ci il tarixli, BRED2463687A141 saylı kredit kartına dair müqaviləyə əsasən ona kredit verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, həmin müqavilələrə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüş, lakin bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Nəticədə cavabdehin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixdə xx.xx.2020-ci il, GTKR2581847A141 saylı kredit müqaviləsinə əsasən 6217,35 manat məbləğində əsas, 2033,54 manat faiz, cəmi 8250,89 manat, xx.xx.2020-ci il tarixli, BRED2463687A141 saylı kredit kartına dair müqaviləyə görə isə 169,41 manat əsas, 15,77 manat faiz, cəmi 185,18 manat borcu yaranmışdır. Cavabdeh bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildiriş göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Babayev Nemət Elxan oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin və cavabdeh Babayev Nemət Elxan oğlunun iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə dinləyib, işə əlavə edilmiş sənədləri obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçıASC ilə borclu Babayev Nemət Elxan oğlu arasında bağlanmış xx.xx.2020-ci il, GTKR2581847A141 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana illik faiz dərəcəsi 27,84 % olmaqla 48 ay müddətinə 8470 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçıASC ilə borclu Babayev Nemət Elxan oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BRED2463687A141 saylı kredit kartına dair müqavilənin surətindən görünür ki, bank borc alana illik faiz dərəcəsi 25 % olmaqla 12 ay müddətinə 500 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il, GTKR2581847A141 saylı kreditin ödəmə cədvəlindən görünür ki borclu hər ay 294,42 manat ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2024-ci ilə kimi ödəməli idi. xx.xx.2023-cü il tarixli, 15/163 saylı maliyyə arayışından görünür ki, Babayev Nemət Elxan oğlunun xx.xx.2023-cü il tarixdə xx.xx.2020-ci il, GTKR2581847A141 saylı kredit müqaviləsinə əsasən 6217,35 manat məbləğində əsas, 2033,54 manat faiz, cəmi 8250,89 manat, xx.xx.2020-ci il tarixli, BRED2463687A141 saylı kredit kartına dair müqaviləyə görə isə 169,41 manat əsas, 15,77 manat faiz, cəmi 185,18 manat borcu vardır. 16/76355 nömrəli, xx.xx.2022-ci il tarixli cavabdehə ünvanlanmış bildirişdən və alınmasına dair əlavə olunmuş reyestrın surətindən görünür ki, iddiaçı bank borclunu öhdəliyinin icrası barədə məlumatlandırmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Babayev Nemət Elxan oğlu kredit müqavilələrinə əsasən borc alan qismində öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, yəni kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişi və faiz borcu da daxil olmaqla göstərilən ödənilməli olan aylıq məbləği kreditor İddiaçı ASC-yə ödəmədiyi üçün müqavilələrin şərtlərini pozmuş, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən cavabdeh Babayev Nemət Elxan oğlundan xx.xx.2020-ci il, GTKR2581847A141 saylı kredit müqaviləsinə əsasən 6217,35 manat məbləğində əsas, 2033,54 manat faiz, cəmi 8250,89 manat, xx.xx.2020-ci il tarixli, BRED2463687A141 saylı kredit kartına dair müqaviləyə görə 169,41 manat əsas, 15,77 manat faiz, cəmi 185,18 manat alınaraq İddiaçı ASC-yə ödənilməli, bununla da iddia təmin edilməlidir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 104,36 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki,iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh Babayev Nemət Elxan oğlundan xx.xx.2020-ci il, GTKR2581847A141 saylı kredit müqaviləsinə əsasən 6217 (altı min iki yüz iyirmi yeddi) manat 35 (otuz beş) qəpik məbləğində əsas, 2033 (iki min otuz üç) manat 54 (əlli dörd) qəpik faiz, həmin müqavilə üzrə cəmi 8250 (səkkiz min iki yüz əlli) manat 89 (səksən doqquz) qəpik, xx.xx.2020-ci il tarixli, BRED2463687A141 saylı kredit kartına dair müqaviləyə görə 169 (yüz altmış doqquz) manat 41 (qırx bir) qəpik əsas, 15 (on beş) manat 77 (yetmiş yeddi) qəpik faiz, həmin müqavilə üzrə cəmi 185 (yüz səksən beş) manat 18 (on səkkiz) qəpik və 104 (yüz dörd) manat 36 (otuz altı) qəpik dövlət rüsumu alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-331/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-331/2023
31.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver