Məhkəmə qərarları › İş №2(032)-349/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-349/2023

23.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-349/2023 23.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit və kredit xətti müqavilələri üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5364286A299 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 3000 manat məbləğində elektron imza əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, BUMM5398671A299 nömrəli kredit xətti müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 manat məbləğində elektron imza əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə kredit verilmişdir. İddiaçı ASC kiçik iddialara dair işlər üzrə icraat qaydasında kredit və kredit xətti müqavilələri üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR5364286A299 nömrəli kredit müqaviləsinə əsasən 2827 manat 66 qəpik əsas, 325 manat 38 qəpik faiz, cəmi 3153 manat 04 qəpik borc, xx.xx.2022-ci il tarixli, BUMM5398671A299 saylı kredit kartına dair müqaviləyə əsasən 485 manat 58 qəpik əsas, 70 manat 45 qəpik faiz, cəmi 556 manat 03 qəpik borcun və ödənilmiş 57 manat 09 qəpik dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilələr üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilsə də qeyd olunan ünvan bağlı olduğundan xx.xx.2023-cü il tarixdə geri qayıtmışdır. Cavabdehin 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli, GTKR5364286A299 nömrəli nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə 17 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, GTKR5364286A299 nömrəli nömrəli kredit müqaviləsinə Əlavədən görünür ki, ödəniş cədvəlinə əsasən Cavabdeh hər ay 148,33 manat ödəməlidir. xx.xx.2022-ci il tarixli, BUMM5398671A299 nömrəli kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə 25 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 16/68152 nömrəli bildirişin və göndərilməsini təsdiq edən reyestrin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh mövcud kredit və kredit xətti müqaviləsinə görə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. xx.xx.2023-cü il tarixli, 15/559 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli, GTKR5364286A299 nömrəli kredit müqaviləsinə əsasən 2827 manat 66 qəpik əsas, 325 manat 38 qəpik faiz, cəmi 3153 manat 04 qəpik borc, xx.xx.2022-ci il tarixli, BUMM5398671A299 saylı kredit kartına dair müqaviləyə əsasən 485 manat 58 qəpik əsas, 70 manat 45 qəpik faiz, cəmi 556 manat 03 qəpik məbləğində borcu vardır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə ,iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında etibarlı kredit və kredit xətti müqavilələrinin bağlanmasına baxmayaraq, cavabdeh kredit və kredit xətti müqavilələri ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, kredit və kredit xətti müqavilələri ilə aldıqlarını İddiaçı ASC-yə qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borclarını, yəni xx.xx.2022-ci il tarixli, GTKR5364286A299 nömrəli kredit müqaviləsinə əsasən 2827 manat 66 qəpik əsas, 325 manat 38 qəpik faiz, cəmi 3153 manat 04 qəpik borc, xx.xx.2022-ci il tarixli, BUMM5398671A299 saylı kredit kartına dair müqaviləyə əsasən 485 manat 58 qəpik əsas, 70 manat 45 qəpik faiz, cəmi 556 manat 03 qəpik məbləğində pulu İddiaçı ASC-yə verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 57 manat 09 qəpik məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284- 6.3-cü maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR5364286A299 nömrəli kredit müqaviləsinə əsasən 2827 (iki min səkkiz yüz iyirmi yeddi) manat 66 (altmış altı) qəpik əsas, 325 (üç yüz iyirmi beş) manat 38 (otuz səkkiz) qəpik faiz, cəmi 3153 (üç min yüz əlli üç) manat 04 (dörd) qəpik borc, xx.xx.2022-ci il tarixli, BUMM5398671A299 saylı kredit kartına dair müqaviləyə əsasən 485 (dörd yüz səksən beş) manat 58 (əlli səkkiz) qəpik əsas, 70 (yetmiş) manat 45 (qırx beş) qəpik faiz, cəmi 556 (beş yüz əlli altı) manat 03 (üç) qəpik məbləğində pul, həmçinin, dövlət rüsumu üçün ödənilmiş 57 (əlli) manat 09 (doqquz) qəpik məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar