Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-352/2023 24.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh X9 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X10 ilə 27 iyul 2022-ci il tarixdə 5 saylı Bakı ASAN xidmət X8 3401 saylı qeydiyyat aparılmaqla bağlanılmış nikahın pozulmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X10ilə 27 iyul 2022-ci ildə rəsmi nikaha daxil olmuşlar, nikahlarını 5 saylı Bakı ASAN Xidmət Mərkəzi tərəfindən 3401 nömrə ilə qeydə alınmış və bu barədə AZ İİ 527389 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Aralarında el adəti ilə toy mərasimi hələ keçirilməmişdir. Cavbadehin özü və ailəsi ilə münasibətləri əsaslı şəkildə kəskinləşmiş və rəsmi nikahlarının pozulmasına zərurət yaranmışdır. Gələcəkdə ailə olaraq yaşamaları mümkünsüz olduğundan cavabdehə aralarında olan formal xarakter daşıyan nikahın pozulmasını istəyir, lakin cavabdehlə aralarında bu barədə razılıq əldə olunmamışdır. Mediasiya xidmətinə müraciəti cavabsız qalmışdır. İddiaçı X1 nümayəndəsi-vəkili X6 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X10 məhkəməyə ərizə ünvanlayaraq nikahın pozulmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Nikahın bağlanması haqqında şəhadətnamənin əslindən görünür ki, X10 ilə X7 arasında nikah 5 saylı Bakı Asan Xidmət X8 xx.xx.2022-ci ildə 3401 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Şirvan şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, X10 ilə olan 5 saylı Bakı Asan Xidmət X11 tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022ci il tarixli 3401 nömrəli nikahlarının ləğv edilməsi ilə əlaqədar etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, ər-arvadının yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikah onların razılığı ilə Qeydiyyat orqanlarında pozula bilər. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri qeydiyyat şöbəsində nikahın pozulmasından yayındıqda nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğundan nikah onun pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ailə tamamilə dağılmış, bərpası mümkün deyil və cavabdehin boşanmağa razı olduğunu nəzərə alaraq tərəflərə vaxt verilmədən və boşanmanın səbəblərini araşdırmadan bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında nikah münasibətləri dağılmış, formal xarakter daşıyır, tərəflərin birgə yaşaması mümkün deyil və bu səbəbdən iddia təmin edilməli, X4 ilə X10 arasında xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət X8 bağlanmış 3401 nömrəli nikah akt qeydi pozulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumundan və 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 50 manat, cəmi 100 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X4 ilə X10 arasında xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət X8 bağlanmış 3401 saylı nikah qeydi pozulsun. Dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul cavabdeh X5 alınaraq iddiaçı X3 verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-352/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-352/2023
24.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver