Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-359/2025 21.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə nikahlarını Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci ildə 410 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə X3 və xx.xx.2016-cı il tarixdə X4 adlı iki övladları anadan olmuşdur. Maraqlı şəxs ilə ailə həyatı qurduqdan bir müddət mehriban yaşamışlar. Cavabdehlə aralarında olan nikah münasibətləri formal xarakter daşıyır. Aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuş və bundan sonra da barışıb bir ailədə yaşamaqları qeyri-mümkün olduğundan, cavabdehə qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmaq fikrindədir. Nikah münasibətləri faktiki pozulduğundan aliment tələbi ilə məhkəməyə müraciət etməzdən öncə qanunun tələbinə əsasən mediasiya şurasına müraciət etmişdir. Maraqlı şəxs ilə aliment tələbi üzrə mediasiya prosesində MŞS/MT- 023/2024-01860 saylı barışıq sazişi tərtib edilmişdir. Barışıq sazişinə əsasən tərəflər xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 225 manat, ümumilikdə 450 manat aliment ödəməyi öhdəsinə götürülməsi brədə razılığa gəlmişlər. Lakin barışıq sazişi üçün öhdəlik icra edilməli tarixdən, yəni xx.xx.2024-cü il tarixdən qanun üzrə müəyyən edilmiş vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən könüllü surətdə icra edilməmişdir. Hazırda barışıq sazişinin icra müddəti ərzində cavabdeh tərəf icra etmədiyindən məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, Maraqlı şəxs ilə arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması hər ay bir uşağa görə 225 manat, iki uşağa görə ümumilikdə 450 manat sabit pul məbləğində alimentin ona ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin Maraqlı şəxs aliment pulunu tam şəkildə ödəmədiyi üçün hər aydan 200 manat borcu vardır. Bu ay isə aliment məbləğindən cəmi 100 manat ödəniş etmiş, bu da onun üçün maddi çətinliklər yaradır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barışıq sazişi ilə razılaşdırılmış alimenti ödəməyə razıdır və ərizə tələbinin təmin edilərək, sözügedən barışıq sazişinin təsdiq edilməsinə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə və X4 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə MŞS/MT-028/2024-01860 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə mediasiya sessiyasında hər ay bir uşağın saxlanılması üçün 225 manat, iki uşağa görə 450 manat alimentin ödənilməsi barədə razılığa gəlmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşları çatana kimi saxlanılması hər ay bir uşağa görə 225 manat, iki uşağa görə ümumilikdə 450 manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs faktiki nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmalarından ötrü hər ay hər bir uşağa 225 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixdə MŞS/MT-023/2024-01860 nömrəli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 225 (iki yüz iyirmi beş) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-359/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-359/2025
21.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver