Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-417/2023 29.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Kredit müqaviləsinin ləğv edilməsi Kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «BOKT "xxxx" QSC-nin ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, OFM-208-0002-21 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 35 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini İddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya qarşı xx.xx.2023-cü il tarixinə 1444,13 AZN əsas borcu, 91,41 manat faiz, 6,15 manat cərimə borcu olmaqla, cəmi 1541,69 AZN borcu qalmaqdadır. Cavabdeh2 iddiaçı qarşısında olan öhdəliklərininin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli, OFM-208-0002-21 saylı Zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, OFM-208-0002-21 saylı Kredit müqaviləsini9n ləğv edilməsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1444 manat 13 qəpik əsas, 91 manat 41 qəpik faiz, 06 manat 15 qəpik cərimə borcu olmaqla, cəmi 1541 manat 69 qəpik borcun tutulmasını və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdehlərə dəfələrlə müraciət edilməsinə baxmayaraq onlar müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh2 iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş cavabdehə çatdırılmışdır. Lakin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh1 iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş cavabdehə çatdırılmışdır. Lakin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2021-ci il tarixli, OFM-208-0002-21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 12 ay müddətinə illik 35 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, OFM-208-0002-21 saylı Girov Müqaviləsindən və Həmin müqavilənin Əlavəsindən görünür ki, girov ilə təmin olunmuş xx.xx.2021-ci il tarixli, OFM-208-0002-21 saylı kredit müqaviləsinin öhdəliyinə görə qiyməti 2500 manat olan Rio ofis dəsti girov qoyulmuşdur. xx.xx.2021-ci il tarixli, OFM-208-0002-21 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşıyır. 01-01 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023cü il tarixə 1444,13 manat əsas, 91,41 manat faiz, 6,15 manat cərimə borcu olmaqla, cəmi 1541,69 manat borcu vardır. xx.xx.2022-ci il tarixli bildirişin və göndərilməsini təsdiq edən xəbərnamədən görünür ki, iddiaçı cavabdehləri mövcud müqavilə ilə borcluların üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ilə cavabdeh X2 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, kredit müqaviləsi ilə aldıqlarını iddiaçıya qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni 1444,13 manat əsas, 91,41 manat faiz, 6,15 manat cərimə borcu olmaqla, cəmi 1541,69 manat məbləğində pulu Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-ə verməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh1 Cavabdeh2 ilə birlikdə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx"-in qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, cavabdehlərdən müştərək qaydada 1444,13 manat əsas, 91,41 manat faiz, 6,15 manat cərimə borcu olmaqla, cəmi 1541,69 manat məbləğində pul alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-ə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 30 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1- 284-6.3-cü maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin edilsin. «BOKT "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, OFM-208-0002- 21 saylı kredit müqaviləsi ləğv edilsin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1444 (min dörd yüz qırx dörd) manat 13 (on üç) qəpik əsas, 91 (doxsan bir) manat 41 (qırx bir) qəpik faiz, 06 (altı) manat 15 (on beş) qəpik cərimə borcu olmaqla, cəmi 1541 (min beş yüz qırx bir) manat 69 (altmış doqquz) qəpik məbləğində pul, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-ə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova 2(032)-417/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 29 mart 2023-cü il Şirvan şəhəri saat 10:00 Şirvan Şəhər Məhkəməsi Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı «BOKT "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, OFM- 208-0002-21 saylı kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1444 (min dörd yüz qırx dörd) manat 13 (on üç) qəpik əsas, 91 (doxsan bir) manat 41 (qırx bir) qəpik faiz, 06 (altı) manat 15 (on beş) qəpik cərimə borcu olmaqla, cəmi 1541 (min beş yüz qırx bir) manat 69 (altmış doqquz) qəpik məbləğində pul, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-ə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materiallarını nəzərdən keçirir və mülki iş üzrə məhkəmə qətnaməsini qəbul edir. Protokol 29 mart 2023-cü il tarixdə tərtib olunub. Hakim: Səidə Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ AZ1800 Şirvan şəhəri, 20 Yanvar küçəsi 16, Tel.: № /021/ 215-01-51, Faks: /021/215-42-36 www.shirvancourt.gov.az, e-mail: Elektron ünvan 2(032)-417/2023 29 mart 2023-cü il «BOKT "xxxx" QSC-yə Bakı, Yasamal r-nu, H.Cavid pr 522 A, mənzil 30 Cavabdeh2 Şirvan şəhəri, M.Ə.Rəsulzadə ev 19, mən 36 Cavabdeh1 Cəlilabad rayonu, M.F.Axundov ev 21 Şirvan şəhər Məhkəməsinin 2(032)-417/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnamənin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti 02 vərəqədə Hakimi: Səidə Məmmədova 2(032)-417/2023 29 mart 2023-cü il «BOKT "xxxx" QSC-yə Bakı, Yasamal r-nu, H.Cavid pr 522 A, mənzil 30 Cavabdeh2 Şirvan şəhəri, M.Ə.Rəsulzadə ev 19, mən 36 Cavabdeh1 Cəlilabad rayonu, M.F.Axundov ev 21 Şirvan şəhər Məhkəməsinin 2(032)-417/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnamənin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti 02 vərəqədə Hakimi: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-417/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-417/2023
29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver