Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-440/2024 15.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməsi ilə ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək XX.XX.1936-cı il təvəllüdlü X2nun xx.xx.2020-ci il tarixdə Hacıqəhrəmanlı qəsəbəsində ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, X2 1936-cı il tarixdə Salyan rayonunun, Qaraçala qəsəbəsində anadan olmuş və Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində uzun müddət yaşamışdır. X2 27 noyabr 2020-ci il tarixdə Hacıqəhrəmanlı qəsəbəsində vəfat etmişdir. Onu el adəti ilə Hacıqəhrəmanlı qəbirstanlığında dəfn etmişlər. Başları dəfnə qarışdıqları üçün həkim çağırmamışlar. Atasının adına ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsində ona bildirdilər ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Atasının 27 noyabr 2020-ci il tarixdə vəfat etməsini Şirvan şəhər İcra Hakimiyyəti başçısının 19 yanvar 2024-cü ildə verdiyi arayış Hacıqəhrəmanlı qəsəbə qəbirstanlığında çəkilmiş fotoşəkil və şahid ifadələri ilə təsdiq etmək olar. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və təqdim olunmuş sənədləri və sübutları nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/7-15-A-457/xx-xx/2023 saylı məktubundan görünür ki, 2020-ci ildən xx.xx.2023-cü il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar yoxlanılmış və 1936-cı il təvəllüdlü X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbəsi İnzibati Ərazi Vahidi üzrə Nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 27 nömrəli arayışında göstərilmişdir ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Hacqəhrəmanlı qəbirstanlığında dəfn edilmişdir. Qəbirüstü abidənin fotoşəkilində 1936-2020-ci il təvəllüdlü X4 məxsus olması yazılan qəbr daşı əks olunub. Məhkəmə iclasında şahid qismində dindirilən X7 və X1 Abbas Surat oğlunun öz əcəli ilə yaşadığı evdə uzun sürən şəkər xəstəliyindən xx.xx.2020-ci il tarixdə vəfat etdiyini, Hacıqəhrəmanlı qəbirstanlığında dəfn edildiyini və onun dəfn, yas mərasimində iştirak etdiklərini bildirdilər. Məhkəmənin tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8 maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. 308 və 311-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə X3 27 noyabr 2020-ci il tarixində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində (ev şəraitində) ölməsi faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. XX.XX.1936-cı il təvəllüdlü X3 (AZE ********) 27 noyabr 2020-ci il tarixində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X3 ölümü barədə qeyd etmək üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-440/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-440/2024
15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver