Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-487/2025 07.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Ərizəçi, vəkili Vəkil iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1966-cı il təvəllüdlü qardaşı X5 xx.xx.2007-ci ildə Şirvan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum qardaşı X9 1966-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Şirvan şəhəri, Bayramlı qəsəbəsi, Hüseyn Cavid 17 ünvanında qeydiyyatda olmaqla orada yaşamışdır. 2007-cü il tarixdə evdə vəfat etmiş və Şirvan şəhər qəbirstanlığında dəfn edilmişdir. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhəri Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Şirvan şəhəri Qeydiyyat şöbəsi məktubla ərizəsinə cavab verilərək bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənizi təmin edə bilmirik.” Hal-hazırda nənəsi X8 xx.xx.1988-ci ildə və onun vərəsəsi X3 xx.xx.1988-cl ildə vəfat etmişdirlər. X3 nənəsindən miras qalmış daşınar və daşınmaz əmlakların (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi) atasına catası əmlaka irsi transmisiya üzrə mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin alınması üçün qardaşı X7 ölüm haqqında şəhadətnamənin əldə edilməsi çox vacibdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verib bildirdi ki, Ərizəçi və mərhum X9 onun əmisioğludur. X2 xəstəliyi səbəbindən vəfat etmişdir. Onun dəfn mərasimində iştirak etmişdir, o, Şirvan şəhərində el qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini, vəkilin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır . İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1966-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş X5 X3 və anası X11r. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Bayramlı qəsəbə İnzibati Ərazi Vahidi üzrə Nümayəndəsinin xx.xx.2024-cü il tarixli 5-8-3/2-361/2024 saylı arayışının surətindən görünür ki , ünvan 3 ünvanında qeydiyyatda olmuş , xx.xx.1988-ci ildə vəfat etmiş mərhum X4 vərəsələri xx.xx.1944-cü il təvəllüdlü X13, xx.xx.2006-cı il təvəllüdlü X17 (vəfat edib), xx.xx.1996-cı il təvəllüdlü X21 (vəfat edib) və xx.xx.1988-ci il təvəllüdlü X10 (vəfat edib). Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X26 13 saylı Şirvan Ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi tam payda xüsusi mülkiyyət hüququ üzrə X4 xx.xx.2024-cü ildə qeydiyyata alınmışdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-639 saylı X12 ünvanlanmış məktubda göstərilir ki, xx.xx.1966-cı il təvəllüdlü X5 xx.xx.2007-ci il tarixdə ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli,3-33-3100/2-000964/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi” haqqında 3/1 nömrəli 12 aprel 2016-cı il tarixli Kollegiya Qərarına əsasən tələb olunan sənədlərin saxlanılma müddəti bitdiyindən təqdim edilməsi mümkün olmamışdır . Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli,3-33/2- 005059/2025 saylı məktubundan görünür ki, xx.xx.1966-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş X5 nəşinin 2007-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilməsi barədə məlumatlar kargüzarlığı başa çatmış sənədlər olduğundan “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa və “Mill arxriv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin, Arxiviərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxti edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydasının Qeyridövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydaların, Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydasının və Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqət aparılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-cı il 6 mart tarixli 32 nömrəli Qərarından irəli gələrək müvafiq qaydada məhv edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi qardaşı – xx.xx.1966-cı ildə Əli- Bayramlı şəhərində anadan olmuş X5 xx.xx.2007-ci ildə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1966-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X5 xx.xx.2007-ci ildə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1966-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X5 xx.xx.2007-ci il tarixdə Şirvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-487/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-487/2025
07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver