Məhkəmə qərarları › İş №2(032)-489/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-489/2024

30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-489/2024 30.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək atası 1932-ci il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 1932-ci il təvəllüdlü atası X5 xx.xx.2019-cu ildə vəfat etmişdir. Lakin atası vəfat edərkən onun ölümündən dərin sarsıntı keçirdiklərindən həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. X1 ölümünün qeyd edilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən 09 yanvar 2024-cü il tarixli məktubla müraciətinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib bildirdi ki, Ərizəçi onun böyük qardaşıdır. Atası 2019-cu ilin yanvar ayında vəfat etmişdir. Atası vəfat etməzdən əvvəl yıxılmış, daha sonra xəstəlikdən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib bildirdi ki, ərizəçi onun qardaşıdır, atası X5 2019-cu ildə vəfat etmişdir. Atasının yas mərasimində və dəfnində iştirak etmişdir. Atası Şirvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, atası X5, anası X7r. Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1932-ci il təvəllüdlü X5 1935-ci il təvəllüdlü X8 ilə nikaha daxil olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında xx.xx.1952-ci ildə qeyd edilmişdir. Şirvan şəhər qəbirstanlığının rəhbəri X3, X4, X6, Şahid2,Şahid1 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Şirvan şəhər Qəbirstanlığında dəfn edilmişdir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-12 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, 1932-ci il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixdə ölməsi ölümünün qeyd edilməsi üçün ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi atası – xx.xx.1932-ci ildə Sabirabad rayonu Çölbeşdəli kəndində anadan olmuş X2 xx.xx.2019-cu ildə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1932-ci ildə Sabirabad rayonu, Çölbeşdəli kəndində anadan olmuş X2 xx.xx.2019-cu ildə Şirvan şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1932-ci ildə Sabirabad rayonu, Çölbeşdəli kəndində anadan olmuş X2 xx.xx.2019-cu ildə Şirvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar