Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-497/2023 02.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Heydərov Fərrux Fəttah oğlunun katibliyi ilə, İddiaçı MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2197 manat 47 qəpik əsas borcun, 42 manat 23 qəpik faiz borcunun, cəmi 2239 manat 70 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 42 manat 40 qəpik məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0323 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 2204,33 manat qalıq məbləği illik 1% dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.84 manat, dörd il müddətində isə hər ay 46,88 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin icrasına təminat olaraq eyni tarixli, **********0323-663065 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. İddiaçı MMM QBKT məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh1 borcun 2197 manat 47 qəpik manat əsas, faiz borcu üzrə 42 manat 23 qəpik, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 2239 manat 70 qəpik, həmçinin iddia qaldırılması üçün ödənilmiş 42 manat 40 qəpik məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Digər Cavabdeh2 məhkəmə bildirişi göndərilsə də “4 ildir rəhmətə gedib” qeydi ilə geri qayıtmışdır. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə Cavabdeh1 münasibətdə təmin olunmalı, digər Cavabdeh2 münasibətdə isə mülki işin icraatına xitam verilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2019-cu il tarixli, **********0323 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 dəyəri 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 22204 manat 33 qəpik manat məbləğində kredit verilmişdir. İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0323- 663065 nömrəli zaminlik müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tam icra etməsi üçün onunla birgə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh1 2197 manat 47 qəpik məbləğində əsas borcu, 42 manat 23 qəpik faiz borcu, cəmi 2239 manat 70 qəpik borcu vardır. Məhkəmənin sorğusuna cavab olaraq Sabirabad rayon Qeydiyyat şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-240-2023 nömrəli məktubla göndərilmiş ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.3-ci maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 ilə iddiaçı bank arasında kredit borc müqaviləsi olduğundan və cavabdeh üzərinə götürmüş olduğu öhdəliklərini lazımı qaydada yerinə yetirmədiyindən hazırki tələbi irəli sürməkdə iddiaçı haqlıdır və adı çəkilən cavabdehə münasibətdə iddia əsaslı olduğundan təmin edilməlidir. Lakin iş materiallarından da göründüyü kimi digər Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı isə iddia tələbi ilə xx.xx.2023-cü ildə yəni artıq cavabdeh öldükdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia həcmini azaldır və tələbində göstərdiyi borcun yalnız Cavabdeh1 tutulmasını xahiş edir, bununla da dolayısı ilə digər cavabdehə olan tələbindən imtina etmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə Cavabdeh2 münasibətdə xitam verilməli, Cavabdeh1 2197 manat 47 qəpik məbləğində əsas borc, 42 manat 23 qəpik faiz borcu alınaraq İddiaçı MMM QBKT-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 42 manat 40 qəpik məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 2197 (iki min yüz doxsan yeddi) manat 47 (qırx yeddi) qəpik məbləğində əsas borc, 42 (qırx iki) manat 23 (iyirmi üç) qəpik faiz borcu, cəmi 2239 (iki min iki yüz otuz doqquz) manat 70 (yetmiş) qəpik məbləğində pul, həmçinin dövlət rüsumu üçün ödənilmiş 42 (qırx iki) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq İddiaçı MMM QBKT-yə verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-497/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-497/2023
02.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver